Ölkə

Bakıda narkotik alverçiləri saxlanıldı

26 İyun 2020 09:39
Baxış: 987
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda narkotik alveri ilə məşğul olan şəxslər saxlanılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşların keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş, 1991-ci il təvəllüdlü Rövşən Əsədzadə saxlanılıb. Saxlanılan şəxsin üzərində aparılan axtarış zamanı ondan 0,274 qram heroin və elektron tərəzi aşkarlanıb.

Bundan başqa Səbail rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Badambar qəsəbəsi, 3 massivdə yaşayan 1987-ci il təvəllüdlü Mirzəağa Hüseynovun evində axtarış keçirilib. Axtarış zamanı onun heyətində xüsusi avrotexniki qaydada qulluq edilmiş 3 ədəd çəkisi 0,75 qram çətənə kolu aşkar edilərək götürülüb.

Hər iki fakt üzrə araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.