Ölkə

Həcc ziyarəti ləğv edildi - Azərbaycanda ziyarətə görə ödənişlərin geri qaytarılmasına başlanıldı

23 İyun 2020 12:01
Baxış: 1 805
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu il Həcc ziyarətinin ləğv olunması ilə Səudiyyə Ərəbistanəndan rəsmi bildiriş gəlib.

Bu barədə Milli.Az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, bu səbəbdən Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu da ləğv edilib. Həcc ziyarəti üçün ödəniş edənlərin vəsaitlərinin özlərinə qaytarılmasına başlanılıb. Ziyarət üçün ödənilən vəsait tam şəkildə birdəfəlik ödəmə ilə şəxsin özünə qaytarılacaq.

Vurğulanıb ki, 250 qədər insan Həcc ziyarətinə getmək üçün müraciət etmişdi və onlardan 150 nəfərə qədəri ödənişi etmişdi. Artıq ödənişlərin qaytarılmasına başlanılıb və hər kəsin vəsaiti özünə qaytarılacaq.

Qeyd edək ki, Azərbaycanda karantin rejimi tətbiq olunana qədər 250-dən çox insan Həcc ziyarətinə getmək üçün müraciət edib. Martın 24-dən Həcc ziyarətinə sənəd qəbul edilmir.

Ümumilikdə isə Həcc ziyarətinə sənəd qəbuluna yanvarın 27-də başlanmışdı.

Ziyarətin qiyməti 4 490 dollardır. Ötən il isə bu məbləğ 4 285 dollar olub. Builki qiymət artımı hotel xidmətlərinin bahalaşması və viza rüsumunun tətbiq edilməsi ilə bağlıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.