Ölkə

Tərtərdə yol qəzasında bir nəfər ölüb

22 İyun 2020 21:41
Baxış: 1 188
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daxili İşlər Nazirliyi (DİN) Tərtər rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən Milli.Az-a bildiriblər ki, Tərtər rayonunun Azadqaraqoyunlu kənd sakini Təhməz Məmmədovun kənd ərazisində idarə etdiyi "VAZ-21074" markalı avtomobil Bərdə rayon sakini C.Əlizadənin idarə etdiyi "İsuzu" markalı yük avtomobili ilə toqquşub. Nəticədə T.Məmmədov hadisə yerində ölüb, C.Əlizadə və bir sərnişini xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Tərtər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.