Ölkə

Fərəh Əliyevanın təkrar testinin nəticəsi neqativ çıxdı

22 İyun 2020 15:08
Baxış: 2 818
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Profilaktik baxımdan koronavirusa (COVID-19) görə verdiyi ilk test nəticəsi müsbət olan Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva təkrar testdən keçirilib.

Milli.Az bildirir ki, TƏBİB-dən Trend-ə verilən məlumata görə, F.Əliyevadan tibbi protokola əsasən təkrar test götürülüb və təkrar testin nəticəsi neqativ olub.

COVİD-19 üçün götürülən ilkin testin nəticəsi müsbət olduğundan o, tibbi protokola əsasən, 14 gün müddətində ev şəraitində izolyasiyaya alınıb.

Hazırda vəziyyəti stabil olan F.Əliyevada xəstəlik simptomları qeydə alınmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.