Ölkə

Neftçalada içməli su probleminin həlli üçün işlər aparılır - İcra başçısı

16 İyun 2020 17:49
Baxış: 782
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov son günlər rayonda yaşanan içməli su problemi ilə bağlı məsələyə aydınlıq gətirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, icra başçısı bu gün keçirdiyi onlayn mətbuat konfransında bildirib ki, hazırda problemin aradan qaldırılması ilə bağlı tədbirlər davam etdirilir: "Əsas işlərdən biri də ekoloji problemin aradan qaldırılmasıdır. Bildiyiniz kimi, dəniz suyunun Kür çayına qarışması nəticəsində çayda şorlaşma müşahidə edilib. İcra Hakimiyyəti tərəfindən yaradılmış Operativ Qərargah tərəfindən hər gün monitorinqlər aparılır. Bugünkü göstəricilərdə normalar ümumi normadan 5-6 dəfə yuxarıdır".

İcra başçısı qeyd edib ki, hazırda Neftçala rayonunun mərkəzi və 7 kəndin içməli su təminatı ilə bağlı əraziyə texnikalar cəlb edilib: "Həmin texnikalar vasitəsilə əhaliyə gündəlik içməli su verilir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.