Ölkə

Azərbaycanda daha bir xəstəxana koronavirus xəstələrinə ayrıldı - RƏSMİ

10 İyun 2020 19:15
Baxış: 2 215
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mərkəzi Gömrük Hospitalı fəaliyyətini dayandırır.

Milli.Az xəbər verir ki, Oxu.az-ın əldə etdiyi məlumata görə, sabahdan etibarən Mərkəzi Gömrük Hospitalı xəstə qəbulunu dayandırır və karantin rejiminə keçir.

Müvəqqəti olaraq xəstə qəbulu dayandırılan xəstəxananın hansı müddətə qədər karantin rejimində çalışacağı bəlli deyil.

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva redaksiyamıza açıqlamasında Mərkəzi Gömrük Hospitalının sabahdan xəstə qəbulunu dayandıracağı barədə məlumatı təsdiq edib:

"Bəli, sabahdan Mərkəzi Gömrük Hospitalında xəstə qəbulu dayandırılır. Hospital pandemiya xəstəxanası kimi fəaliyyət göstərəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.