Cəlil Xəlilov: Bütün dünyanı erməni faşizminə qarşı mübarizəyə səsləyirik
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məlum olduğu kimi, iyunun 24-də faşizm üzərində qələbənin 75-ci ildönümü münasibəti ilə Rusiyada keçiriləcək paradda Azərbaycan ordusunun 75 nəfərlik hərbçisi də Azərbaycan istehsalı olan silahlarla iştirak edəcək. Hərbçilərimizin qələbə paradında iştirakı xalqımızın bu tarixi zəfərdəki rolundan xəbər verir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, faşizm üzərində qələbənin 75 illiyi ilə bağlı görülən işlərdən, habelə Azərbaycan xalqının bu qələbəki rolundan bəhs edərkən deyib.
Onun sözlərinə görə, qələbənin 75 illiyi ilə əlaqədar olaraq Respublika Veteranlar Təşkilatı həm yerli, həm də beynəlxalq səviyyəli plan tərtib etmişdi. Lakin koronavirusla əlaqədar olaraq bu planlarda müəyyən dəyişiklik oldu: "Kütləvi tədbirlər təxirə salındı. Bununla yanaşı, biz qələbənin 75 illiyi ilə əlaqədar olaraq həm ölkəmizdə, həm də ölkəmizdən kənarda II Dünya Müharibəsində azərbaycanlıların göstərdiyi qəhrəmanlıqlarla bağlı təbliğat-maarifləndirmə işləri aparırıq. Ziyad Səmədzadənin "Azərbaycan nefti 1941-1945-ci illərdə" adlı rus dilində kitabını nəşr etmişik. Azərbaycan qadınlarının II Dünya Müharibəsində iştirakı ilə bağlı da kitabın çapına nail olmuşuq. Koronavirus dönəmindən sonra bu kitabların təqdimatını həyata keçirəcəyik.
Biz qələbənin əldə edilməsində azərbaycanlıların rolu, tarixi saxtalaşdırmalara qarşı mübarizə istiqamətində ciddi işlər görmüşük. Azərbaycan Prezidentinin Njde ilə bağlı çıxışı, erməni yalanı və həyasızlığını ifşa etməsi Rusiyada erməni faşistlərinə qarşı abidənin qoyulmasının qarşısını aldı. Hansı ki, ermənilər bu vaxta qədər rus mediasını, rus ictimaiyyətini aldadır, Njdeni qəhrəman kimi təqdim edirdilər. Ancaq Azərbaycan tərəfinin müraciətindən, ölkə başçısının çıxışından sonra Rusiyanın bu məsələyə baxışı dəyişdi, onun abidəsi də söküldü.
Parada gəlincə, çox istərdik ki, veteranlarımız da bu paradda iştirak etsinlər. Lakin epidemiyanın davam etdiyi bir zamanda veteranların bu paradda iştirak edib-etməyəcəyi bəlli deyil. Fəqət, Azərbaycanın 75 hərbçisinin Azərbaycan istehsalı olan silahlarla bu paradda iştirakı, ölkə rəhbərliyinin həmin paradda iştirakı, xalqımızın bu qələbəki rolundan xəbər verir.
Azərbaycan xalqı faşizm üzərində qələbənin əldə edilməsində böyük fədakarlıqlar göstərib, bu gün də erməni faşizminə qarşı mübarizəni davam etdirir. Biz istərdik ki, faşizm üzərində qələbənin 75 illiyi ərəfəsində beynəlxalq təşkilatlar erməni faşizminin vəhşiliklərinə, işğalçılıq siyasətinə diqqət yetirsin, işğalçıya təzyiq göstərsin, sanksiyalar tətbiq etsinlər. Təcavüzkarı məcbur etsinlər ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini qeyd-şərtsiz yerinə yetirsin. Beynəlxalq təşkilatlardan, aparıcı dövlətlərdən gözləntimiz məhz bundan ibarətdir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
- Sürücülərin diqqətinə: Bu prospektdə təmir aparılacaq
-
Azərin anasını belə təbrik etdi - (Video)
-
“Kirayə götürmüşük” dediyi qızıllar odunluqdan çıxdı - (Video)
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
İsmayıllıda qəza - Ölən var
-
Azərbaycanlı aktyor qızı ilə - (Foto)
-
“Real” Madrid derbisində darmadağınla qalib gəldi
-
Qoz yağının faydaları - necə istehlak edilməlidir?
-
Astarada ilk kivi yığımı başladı - (Video)
-
Azərbaycanlı məşhurların arxiv görüntüləri müzakirə yaratdı - Ən çox kim dəyişib? - (Fotolar)
-
Türkiyə mətbəxindən haydari resepti
-
Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi





