"Şagird oxuduğu məktəbi dəyişmək istəyirsə, amma illik qiymətləndirmədən narazıdrısa, bu zaman xüsusi qaydaya əməl edilməlidir".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin əməkdaşı Anar Mirzəzadə deyib.
Onun sözlərinə görə, illik qiymətləri ilə razılaşmayan 5-8 və 10-cu sinif şagirdləri oxuduqları məktəbə yenidən qiymətləndirmənin aparılması üçün müraciət etməlidir: "Onlar avqustun 20-29-da keçirilən yenidən qiymətləndirmə prosesində iştirak etməlidirlər. Onun əsasında onların qiymətləndirilməsi aparılacaq. Belə valideynlər daha sonra şagirdlərin yerdəyişməsi prosesində iştirak edə bilərlər".
Milli.Az