Azərbaycanda yanvar-aprel aylarında neft və qaz hasilatı artıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 12,4 mln. ton neft (kondensatla birlikdə) hasil edilib.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Energetika Nazirliyindən bildirilib.
Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə, təxminən, 11 min ton çox olub. Respublika üzrə hasil edilmiş neftin (kondensatla birlikdə) 8,6 mln. tonu "Azəri-Çıraq-Günəşli"nin, 1,3 mln. tonu (kondensat) "Şahdəniz"in payına düşüb. SOCAR üzrə hasilat isə 2,5 mln. ton təşkil edib.
Cari ilin 4 ayında 10,2 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin yanvar-aprel aylarına nisbətən 106 min ton azdır. Neft-kondensatın 9,8 mln. tonu konsorsium, 409 min tonu isə SOCAR üzrə ixraca nəql edilib.
2020-ci ilin 4 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən 15 faiz, yəni 1,8 mlrd. kubmetr artımla 13,4 mlrd. kubmetr qaz hasil edilib. Qaz hasilatının 4,6 mlrd. kubmetri AÇG-dən, 6,4 mlrd. kubmetri isə "Şahdəniz"dən əldə edilib. SOCAR üzrə bu dövrdə 2,4 mlrd. kubmetr qaz hasil olunub.
Bu dövrdə xaricə qaz satışı 4,6 mlrd. kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5 faiz çoxdur. Cari ilin yanvar-aprel aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 23,6 faiz çox, yəni 3,5 mlrd. kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi isə 1,1 mlrd. kubmetr olub. Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 1,3 mlrd. kubmetr qaz nəql olunub. İstismara veriləndən mayın 1-dək TANAP-la Türkiyəyə 5,1 mlrd. kubmetrdən çox qaz nəql edilib.
İstismara veriləndən mayın 1-dək olan dövrdə isə "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarından 535 mln. ton neft (kondensatla birlikdə), 293 mlrd. kubmetr qaz hasil edilib. Bu yataqlardan 538,7 mln. ton neft (kondensatla birlikdə), 81,6 mlrd. kubmetr qaz isə ixraca nəql olunub.
2020-ci ilin 4 ayında 2013 min ton neft emal edilib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 32,6 min ton çox olub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - (Video)
-
Bakıda qadın turisti oteldə qarət etdi
-
Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən ərinə ağır cəza
-
Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı - (Video)
-
Şahməddin Abdullayevə vəzifə verildi
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
XƏBƏR LENTİ
-
“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - (Video)
-
Bakıda qadın turisti oteldə qarət etdi
-
Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən ərinə ağır cəza
-
Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı - (Video)
-
Şahməddin Abdullayevə vəzifə verildi
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
-
Göygölə dolu düşüb
-
Bilgəhdə iki nəfər dənizdə batıb
-
Yeni "iPhone" satışa çıxdı: "Apple" əməkdaşları etirazlara başladılar
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Rusiya hələ də Türkiyədən cavab gözləyir
-
Coli boşandıqdan sonra ilk dəfə yeni eşqə "yelkən açır"
-
Polis əməliyyatlar keçirdi: 73 nəfər tutulub
-
Heydər Əliyev Beynəlxalq Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş rejimdə işləyəcək
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Terim Osimhen, İkardi və Leao görün nə düşünür
-
Tanınmış rus aktrisa 46 yaşında öldü
-
Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - (Foto)
-
35 yaşlı qadın avtobusa "ərə getdi" - (Foto)
-
Bakıda binada güclü yanğın söndürüldü - Yenilənib - Foto
-
DGK rəisi Fərid Usubovun yerinə onu təyin etdi
-
Bakıda şirkətə 16 min dollar cərimə yazıldı
-
Türküstanda pişik maşını beton hasara çırpdı - (Video)
-
Qarabağda son döyüş: DİN-nin Daxili Qoşunlarının hərbi qulluqçuları danışır - (Video)





