Ölkə

"Miqrantların DMX-yə müraciətləri cərimələrlə bağlı olub" - Vüsal Hüseynov

20 May 2020 12:56
1 Şərh     Baxış: 766
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xidmət əməkdaşlarının miqrantlara qarşı hansısa problem yaratması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət daxil olmayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu gün keçirilən onlayn brifinqdə deyib.

Onun sözlərinə görə, müraciətlər əsasən müvəqqəti yaşama icazəsində cərimələrin tətbiqi ilə bağlı olub:

"Onlar bildiriblər ki, müraciət ediblər amma qeydiyyata alınmayıb, səhv yönləndiriliblər. Bununla bağlı araşdırma aparırıq. Əgər bu problem əməkdaşlarımızın günahı üzündən baş veribsə, problem aradan qaldırılır və həmin əməkdaşlar barədə tədbir görülür. Bəzi hallarda isə miqrant bilmədən səhv orqana müraciət edir. Bu məsələlər də araşdırılır və obyektiv tədbir görülür".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.