Ölkə

Qazaxda intihar etmək istəyən şəxsi polis xilas etdi

13 May 2020 14:25
0 Şərh     Baxış: 1 024
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxda intihar etmək istəyən şəxsin həyatını polis xilas etdi.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinsdən Milli.Az-a verilən məlumata görə, mayın 12-də saat 23 radələrində 22 yaşlı Ağstafa rayon Dağkəsəmən kənd sakini Adil Allahverdiyev Ağstafa çayının Qazax rayon ərazisindən keçən hissəsinin üzərində olan körpüdən özünü ataraq intihar etmək istəyib.

Dərhal hadisə yerinə Qazax RPŞ-nin əməkdaşları gələrək onunla profilaktiki söhbətlər aparıb. Buna baxmayaraq A. Allahverdiyev özünü atmaq istəsə də, polis əməkdaşlarının çevikliyi və operativ reaksiyası nəticəsində gəncin həyatını xilas etmək mümkün olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.