Ölkə

Ramazanın 12-ci gününün duası, imsak və iftar vaxtı

5 May 2020 19:51
11 Şərh     Baxış: 2 781
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabah Ramazan ayının 12-ci günüdür.

Milli.Az Trend-ə istinadən bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 6-da Bakıda imsak saat 03:52, iftar isə saat 19:56-dadır.

Ramazan ayının 12-ci gününün duası:

"Allahummə zəyyinni fihi bis-sətri vəl-əfaf. Vəsturni fihi bilibasil-qünui vəl-kəfaf. Vəhmilni fihi ələl-ədli vəl-insaf. Və amilni fihi min kulli ma əxaf. Bi-ismətikə ya ismətəl-xaifin".

Tərcüməsi:

"İlahi, bu ayda məni həya və iffətlə zinətləndir, itaət və razılıq libasını geyindir. Bu ayda məni ədalət və insaf yolu ilə apar, qorxduğum hər şeydən məni hifz et. Səni Öz ismətinə and verirəm, ey (ürəklərində) Allah qorxusu olanların Himayədarı!"

Allah orucunuzu qəbul etsin!

Ramazan ayının bütöv təqviminə buradan baxa bilərsiz.
 
Səhifənin tərəfdaşı Zeytun bağları.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.