Ölkə

Bərbər və gözəllik salonları belə işləyəcək - YENİ QAYDALAR

2 May 2020 16:15
6 Şərh     Baxış: 2 992
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pandemiya dövründə fəaliyyətinə icazə verilən bərbər və gözəllik salonlarının işləmə qaydası ilə bağlı təlimatlar təsdiqlənib.

Milli.Az Trend-ə istinadən bildirir ki, təlimatlara görə bu cür müəssisələr onlayn növbə qəbul sisteminin tətbiqini həyata keçirməlidir.

Qeyd olunub ki, iş proseslərindən əvvəl və sonra əllər mütləq yuyulmalı, bərbərlər və onlarla birgə çalışan şəxslər müvafiq formalar geyinməli, xidmət zamanı hər müştəri üçün ayrı önlük istifadə olunmalıdır.

Eyni zamanda əməkdaşların və müştərilərin tibbi maskadan istifadəsi məcburidir.

Bundan başqa, kosmetoloji xidmətlər zamanı xidmət göstərənin sipərik, tibbi maska və əlcəkdən istifadəsi məcburidir. Hər bir müştəri üçün ayrı dəsmallar istifadə olunmalıdır. Qayçı, ülgüc, təraş maşınlarının başlıqları və istifadə edilən digər alətlər mütləq dezinfeksiya edilməlidir.

Ülgüc, epilyasiya iynə ucları kimi deşici və kəsici alətlər tibbi tullantı qutusuna atılmalı və tibbi tullantı kimi ləğv edilməlidir. Qayçılar və ülgüc başlıqları yuyulduqdan sonra spirtlə təmizlənməlidir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.