Ölkə

Ceyhun Bayramov: Tədris müddətinin başlaması ilə bağlı qərar real vəziyyət nəzərə alınmaqla qəbul olunacaq

27 Aprel 2020 18:15
0 Şərh     Baxış: 1 737
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tədris müddətinin başlaması ilə bağlı qərar real vəziyyət, insanların sağlamlığı, şagirdlərin marağı - bütün bu prioritetlər nəzərə alınmaqla qəbul olunacaq. Hazırda bir fikir söyləməklə vəziyyəti ertələmiş olarıq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Nazir qeyd edib ki, tədrisin başlaması məsələsini daha sonra müzakirə etsək, yaxşı olar: "Tədris bərpa olunan zaman müxtəlif üsullarla şagirdlərin proqramdan geriləməsinin həcmi müəyyən edilə bilər. Bu boşluğun doldurulması ilə bağlı müəyyən vasitələrdən istifadə edilə bilər. Biz düşünmürük ki, indiyədək keçirilən dərslər boşluğu doldurmağa imkan verir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.