Ölkə

BNA əhaliyə müraciət etdi: Evdə qalın - FOTO

23 Mart 2020 17:54
1 Şərh     Baxış: 1 969
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Nəqliyyat Agentliyi #evdəqal həştəqi ilə aksiyaya qoşulub.

Agentlikdən Milli.Az-a verilən məlumata görə, aksiya çərçivəsində yollardakı elektron məlumat tablolar və monitorlarda, müntəzəm marşrut xətləri üzrə avtobusların elektron məlumat lövhələrində #evdəqal və #bizbirlikdəgüclüyük həştəqi ilə yazılar qeyd edilib. Eyni mesaj AvtoFm 107.7 radio dalğasında RDS cihazından da ötürülür.

Məqsəd, əhalinin diqqətini Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə tətbiq edilən sosial izolyasiya qaydalarına yönəltmək, insanların zəruriyət olmadığı halda evdən çıxmamağa səsləməkdir.

Qeyd edək ki, evdə qal çağırışına əməl etməklə biz koronavirusa yoluxma riskini azaldırıq.

Bakı Nəqliyyat Agentliyinin kollektivi olaraq hər bir kəsi vətəndaş məsuliyyəti nümayiş etdirməyə dəvət edirik. Əminik ki, biz birlikdə bütün sınaqlardan üzüağ çıxacağıq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.