Koronavirusa görə hotellərin böyük miqdarda maliyyə itkiləri olub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Koronavirusa görə yaranmış qlobal böhran Azərbaycandakı hotellərin böyük miqdarda maliyyə itkiləri ilə üzləşməsinə səbəb olub".
Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Hotel Assosiasiyasının (AHA) baş icraçı direktoru Günay Sağlam deyib.
Onun sözlərinə görə, vəziyyətlə əlaqədar həm Bakı, həm də regionlardakı hotellərdə müştərilərin sayı xeyli azalıb:
"Əlbəttə ki, bu cür problemlər ilk növbədə turizmə, hotelçiliyə zərbə vurur. Regionlardakı hotellərin verdiyi məlumata görə, Novruz bayramı ilə əlaqədar insanlar rayonlara getməyə və oradakı hotellərdə yerləşməyə maraq göstərmirlər. Hazırda əsas məsələ insanların sağlamlığının təhlükəsizliyini təmin etmək, Nazirlər Kabineti yanında yanında operativ qərargahın qərarlarına riayət etməkdir. İnsanlar öz səyahətlərinin müddətlərinin müəyyən edilməsi zamanı mütləq bu qərarları nəzərə almalıdırlar. AHA da hotelləri operativ qərargahın qərarlarını təqib etməyə və qaydalara riayət etməyə çağırır. Bu problemə görə hamı bir olmalı və birgə hərəkət etməlidir. Hotelçilər Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, xəstəliyin profilaktikası, əhalinin məlumatlandırılması və maarifləndirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında operativ qərargah tərəfindən istifadəyə verilən www.koronavirusinfo.az informasiya portalından da məlumat əldə edə bilərlər".
G.Sağlam əlavə edib ki, yerli turizmə dəstək vermək üçün martın 11-dən Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun dəstəyi ilə "Macəra Yaxındadır!" kampaniyasına da başlanılsa da, yaranmış vəziyyətlə əlaqədar bu kampaniya müvəqqəti dayandırılıb:
"Lakin bu kampaniya koronavirusa görə xarici ölkələrə səfərlərin mümkünsüzlüyü ilə əlaqədar başlanılmayıb. Kampaniya uzunmüddətlidir. O, koronavirusla əlaqədar mövcud vəziyyətə görə hələlik dayandırılıb. Vəziyyət normallaşanda turizmə dəstək üçün bu kampaniyaya yenidən başlanılacaq. Ümid edirəm ki, vəziyyət yaxşılaşdıqdan sonra Azərbaycan vətəndaşlarının səfər edəcəyi ilk yer elə öz ölkəmizin maraqlı yerləri olacaq. O zaman hotellər də qonaqları qəbul etməyə hazır olacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Makiyajsız kamera qarşısına keçdi - (Foto)
-
Günün qoroskopu: Bu gün taleyin rolu böyük olacaq
-
Serialdakı Arda illər sonra - (Foto)
-
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib - (Foto)
-
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib - (Foto)
-
Məktəbin ərazisi tikanli məftillərlə çəpərlənib - (Video)
XƏBƏR LENTİ
-
Makiyajsız kamera qarşısına keçdi - (Foto)
-
Sadəcə qoxulamaq bəs edir: Miqreni bıçaq kimi kəsir
-
Banklara kibertəhlükələr barədə məlumat verilib - (Video)
-
Günün qoroskopu: Bu gün taleyin rolu böyük olacaq
-
Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
-
Seru Girassi “Sabah” - “Borussiya” matçının ən yaxşısı seçildi
-
Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
Serialdakı Arda illər sonra - (Foto)
-
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib - (Foto)
-
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib - (Foto)
-
Məktəbin ərazisi tikanli məftillərlə çəpərlənib - (Video)
-
Bakıda iki nəfəri əqrəb sancdı
-
Azərbaycanda balıq bahalaşdı - Qiymət
-
Sabah Yasamal, Nizami və Binəqədidə işıq olmayacaq
-
UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
-
"Borussiya" minimal fərqlə qalib gəldi - Yenilənib - (Video)
-
Bakıda yeni mikrorayon salınacaq - (Video)
-
Sabah Hökməli–Qobu–Güzdək yolunda hərəkət tam məhdudlaşdırılacaq
-
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
-
Dövlət məktəbində başqa dildə oxumaq istəyənlər bunları bilməlidir
-
Bakda 15 yaşlı oğlan ürəyindən bıçaqlandı
-
Elnarə Abdullayeva nəvəsi üçün bu qədər xonça hazırlatdı - (Video)
-
“Brent” neft ucuzlaşdı





