Ölkə

Bakıda kafedə 31 yaşlı kişi bıçaqlandı

13 Mart 2020 11:29
0 Şərh     Baxış: 1 493
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, A.Mustafayev küçəsi 3 ünvanındakı "Qalaltı" kafesində qeydə alınıb.

Gədəbəy rayon sakini, 1989-cu il təvəllüdlü İbrahimov Gəncağa Qələndər oğlu müxtəlif bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib.

Hüquq mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Quba rayon sakini, 1984-cü il təvəllüdlü Natiq Ələkbərov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.