Rusiyanın məşhur onkoloqu Azər Axundov kimdir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu yaxınlarda uzun illər Azərbaycan həqiqətləri haqda ingilis dilində jurnal nəşr etmiş, jurnalist Rövşən Paşazadənin feysbuk hesabında Rusiyada yaşayan tanınmış elm adamı Azər Axundov haqqında statusu diqqətimi çəkdi. Rusiyanın elmi jurnalında azərbaycanlı alim haqqında məqalə çap olunmuşdu. Araşdırmaçı olaraq məlumat diqqətimi çəkməyə bilməzdi. Azər Axundovun kimliyi mənim üçün maraqlı gəldi. Rövşən müəllimlə söhbətimizdə Azər Axundovun yaxın qohumu olduğunu bildirdi. O, Azər Axundovun Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin, N.Bloxin adına Onkoloji Elmi və Tədqiqat Mərkəzinin baş və boğaz üzrə bölməsinin baş elmi işçisi, cərrah, onkoloq, tibb elmləri doktoru olduğunu bildirdi.
Söhbətdən sonra adını internetdə axtarışa verdim. Azərbaycan mətbautında Azər Axundov haqqında məlumatlar yox səviyyəsindədir. Rusiya mətbuatında məlumat az saydadır. Ola bilər ki,Azər müəllim özü məlumatların yayılmasını istəməyib. Yenə də dünyanın nüfuzlu elmi mərkəzlərindən səsləri gələn soydaşlarımızı cəmiyyətə daha yaxından tanıtdırmaq biz araşdırmaçıların diqqətində olmalıdır. Hər bir soydaşımızla onlarla qürur duymalıdır. Azər Axundov fəxr olunası soydaşlarımızdandır. Zəngin elmi fəaliyyəti özündə birləşdirən Azər Axundov haqqında yazının oxucularımıza maraqlı gələcəyinə inanıram. Məlumatların əldə edilməsində öz köməkliyini göstərdiyinə görə, Rövşən Paşazadəya təşəkkür edirəm.
Azər Axundov kimdir?
Axundov Azər Əliramiz oğlu 12 sentyabr 1959-cu ildə Bakı şəhərində həkim ailəsində anadan olub. Azər Axundovun atası tibb elmləri dokturu, professor Əliramiz Əhməd oğlu Axundov uzun illər Leninqrad (indiki Sankt-Peterburq ) şəhərində Qenrix Turner adına Uşaq travmatalogiyası və ortopediya insitutunun direktor müavini, eyni zamanda Rusiya Sovet Federativ Respublikasının uşaq travmatalogiya və ortopediya üzrə baş həkimi vəzifəsində çalışıb. Anası Xalidə İsaxzadə farmakalogiya üzrə ali təhsil alıb.
Uşaqlıdan həkim ailəsində böyüyən Azər Axundov, sonralar öz gələcək taleyini tibb elmi ilə bağlamağa qərar verib. Orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün 1978-ci ildə Nəriman Nərimanov adına Tibb institutuna daxil olub. 1984-ci ildə institutu bitirdikdə sonra öz təşəbbüsü ilə cərrah kimi təcrübəsini artırmaq üçün 1989-ildə Kazaxstan SSR-i Kokçetansk şəhərinin Mərkəzi Xəstaxanasında, daha sonra Azərbaycan SSR-inin Lənkaran şəhərindəki hərbi hospitalda işləyib.
30 yaşında ikən Azər Axundov Mokvada N.Bloxin adına Ümumittifaq Onkoloji Elmi və Tədqiqat Mərkəzində (hazırda Rusiya Federasiyasının ən böyük Onkoloji Elmi və Tədqiqat Mərkəzi sayılır) onkoloji-cərrahlıq sahəsində təhsilini davam etdirib. 1994-ci ildə orada təhsilini bitirdikdən sonra "Boğaz xərçəngi xəstəliyinin şua ilə mualicəsi zamanı yaranan fəsadların terapiyasında araşdırmalar" mövzusunda dissertatsiyasıni müdafiə edərək, tibb elmləri namizədi dərəcəsini almışdır. Onun bu elmi işi tibb elmi tarixində yeni müalicə metodu olduğundan Onkoloji Elmi və Tədqiqat Mərkəzin rəhbərliyi Azər Axundovu cərrah kimi işə dəvət edib. Həmin mərkəzdə bir müddət cərrah-həkim işlədikdən sonra 1999-cu ildə baş elmi işçi kimi vəzifəsinə təyin olunub.
Onun 2000-ci ildə bəd xassəli şişlərin innovativ müalicə metodları üzərində apardığı tədqiqatlar müdafiə etdiyi tibb elmləri doktorluğu dissertatsiyasında öz əksini tapmışdır.
Hazırda doktor Axundov baş və boğaz nahiyəsində bəd xassəli şişlərin müalicəsi sahəsində cərrah kimi fəaliiyət gostərməklə yanaçı, daim elmi tədqiqatlara böyük diqqət ayırır. O 100-dən artıq elmi nəşrin muəllifi və həmmüəllifi, 5 elmi məqalaər üzrə toplunun, 3 tövsiyə toplunun müəllifi və 3 ixtiraya dair patentin həmmüəllifidir. Azər Axundov həmçinin, Rusiyada nəşr olunan "Опухоли головы и шеи" (Baş və boğaz nahiyəsində şişlər) jurnalının redaksiya kollegiyasının üzvüdür.
Axundov mütəmadi olaraq, cərrah kimi Avropa və Rusiyadakı qabaqcıl tibbi mərkəzlərində təcrübə keçir, eyni zamanda beynəxalq simpozium ve konfranslarda dəvət olunur. O, MDB məkanında məhşur cərrah kimi tanınır, bir çox insanların həyatını ölümün cəngəsindən son anda xilas editmişdir.
Hər bir zaman ürəyi doğma Azərbaycanla döyünən vətənpərvər insan olan Azər Axundov, tarixi vətənini unutmur. Rusiyada və Azərbaycanda keçirilən dünya Azərbaycanlıların qurultay və tədbirlərin də aktiv iştirak edir.
Elnur Eltürk
DİGƏR XƏBƏRLƏR
-
Xırdalanda qumbara partladı - 19 yaşlı qız öldü
-
Nigarın keçmiş nişanlısı həqiqətləri danışdı: Nişanı qaytaran anası imiş... - (Video)
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
-
Prezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
-
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - (Yenilənib/Video)
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Xırdalanda qumbara partladı - 19 yaşlı qız öldü
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
-
Nigarın keçmiş nişanlısı həqiqətləri danışdı: Nişanı qaytaran anası imiş... - (Video)
-
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
-
Prezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
-
Prezident İlham Əliyev: Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq
-
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - (Yenilənib/Video)
-
Prezident İlham Əliyev dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıb
-
Prezident İlham Əliyev: Azərbaycan xalqı dünyada bir presedent yaratdı
-
Prezident İlham Əliyev: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir
-
Prezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir
-
Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin
-
Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib
-
Azərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edib
-
Anar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardı
-
Vəzifəsindən azad edilən icra başçısı kimdir? - Dosye
-
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
-
GEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib - (Foto)





