Ölkə

Bakıda məskunalaşan 30 məcburi köçkün ailəsi Füzuliyə yerləşdiriləcək

26 Fevral 2020 11:01
9 Şərh     Baxış: 2 723
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abşeron ərazisində "Stansiya Sumqayıt" adlanan yerdə məcburi köçkünlər üçün yaşayış binalarının tikintisi davam edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, işlərin ilin sonunacan yekunlaşdırılacağı gözlənilir:

"Cənab Prezident 7000-dən çox ailə üçün nəzərdə tutulmuş qəsəbənin salınması göstərişi verib. Hazırda tikinti davam edir. Biz də maraqlıyıq ki, mənzillərin tikintisini vaxtında və keyfiyyətli tamamlayaraq istifadəyə verək".

Sədrin sözlərinə görə, işlərin hamısı mərhələli şəkildə olacaq:

"Məqsədimiz ilk növbədə ən ağır şəraitdə olan ailələrin köçürülməsinə nail olmaqdır. Bunlar hamısı mərhələli şəkildə olacaq".

Rövşən Rzayev əlabə edib ki, Samuxda da yeni qəsəbənin salınması gözlənilir:

"Bir binamız Ağdamda 50 mənzildən ibarət olacaq. 45 ailəlik bina Lənkəranda, 30 fərdi evə isə Füzulinin işğaldan azad olunmuş ərazisində tikilir. Bu binaları tamamlayandan sonra Bakıda məskunlaşan 30 ailəni Füzuliyə, öz doğma kəndlərinə köçürəcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.