MTN əməkdaşlarının məhkəmədə iştirakla bağlı ərizəsi təmin edilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin barələrindəki məhkəmə qərarından verdikləri kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Milli.Az APA-ya stinadən xəbər verir ki, Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrliyi ilə keçirilən prosesdə məhkumlar məhkəmədə iştirakla bağlı ərizə təqdim ediblər.
Hakim bildirib ki, E. Quliyev və A. Mehdiyevin məhkəmədə iştirakla bağlı ərizəsi təmin edilib: "Lakin məhkumlar cəzaçəkmə müəssisədən istintaq təcridxanasına köçürülməkdən imtina ediblər. Onlar bildiriblər ki, cəzaçəkmə müəssisəsindən birbaşa məhkəməyə gətirilsinlər. Lakin belə bir hal qanunvericilikdə nəzərdə tutulmayıb".
Bundan başqa, məhkəmədə elan olunub ki, polkovnik A. Mehdiyev kassasiya şikayətinə əlavələr edib. Həmin əlavələr tanış olmaq üçün tərəflərə təqdim olunub.
General E. Quliyevin müdafiəsinə isə yeni vəkil qoşulub. Vəkil iş materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.
Proses aprelin 7-nə qədər təxirə salınıb.
Qeyd edək ki, E. Quliyev və A. Mehdiyev 2015-ci ildə həbs ediliblər. Bakı Hərbi Məhkəməsinin hökmü ilə E. Quliyev 10 il 6 ay, A. Mehdiyev isə 8 il müddətinə azadlıqdan məhrum olunublar. Məhkəmə E. Quliyevin rütbədən məhrum edilməsi barədə ölkə Prezidentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edib. Məhkəmə zərərçəkmişlərin mülki iddiasını təmin etməyib. E. Quliyevə qarşı Dövlət Təhlükəsizliyi Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub. Təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib. Hökmdən narazı qalan E. Quliyev və A. Mehdiyev apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi isə apelyasiya şikayətini təmin etməyib, hökmü qüvvədə saxlayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türk bayrağına tüpürən turistə bu cəza veriləcək
-
Bu küçələrə giriş bağlandı
-
Rusiyada bu hava limanları bağlandı
-
"Zirə" "Qarabağ"a qarşı
-
Rəşad Dağlının qızı ilə Orxan Lökbatanlının dueti maraq yaratdı - (Video)
-
- Sürücülərin diqqətinə: Bu prospektdə təmir aparılacaq
-
Azərin anasını belə təbrik etdi - (Video)
-
“Kirayə götürmüşük” dediyi qızıllar odunluqdan çıxdı - (Video)
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
İsmayıllıda qəza - Ölən var
-
Azərbaycanlı aktyor qızı ilə - (Foto)
-
“Real” Madrid derbisində darmadağınla qalib gəldi
-
Qoz yağının faydaları - necə istehlak edilməlidir?
-
Astarada ilk kivi yığımı başladı - (Video)
-
Azərbaycanlı məşhurların arxiv görüntüləri müzakirə yaratdı - Ən çox kim dəyişib? - (Fotolar)
-
Türkiyə mətbəxindən haydari resepti
-
Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)





