Ölkə

"20 Yanvar" dairəsindəki xaos aradan qaldırılacaq - BNA Nazirlər Kabinetinə müraciət etdi

18 Fevral 2020 10:35
6 Şərh     Baxış: 4 147

Uzun illərdir ki, nəqliyyat şəraitinin xaotik olduğu "20 Yanvar" dairəsi ətrafında nizamın yaradılması istiqamətində Bakı Nəqliyyat Agentliyi tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib.

Onun sözlərinə görə, adıçəkilən dairə ətrafında hərəkətin nizamlanması və hərəkət sıxlığının aradan qaldırılması məqsədi ilə layihə işlənib hazırlanıb:

"Artıq layihə Nazirlər Kabineti yanında Yol Hərəkəti Təhlükəsizliyi komissiyasına təqdim edilib. Bundan əlavə, dairə ətrafındakı yollarda qanunsuz parklanma hallarına qarşı intensiv tədbirlər görülməkdədir. 3-cü mikrorayon dairəsi və Moskva prospekti (Şamaxinka adlanan ərazi) istiqamətində qanunsuz parklanmaya qarşı intellektual nəzarət sisteminin kameraları quraşdırılıb. Bununla yanaşı, ərazidə gündəlik olaraq əməkdaşlarımız tərəfindən xidmət təşkil olunub. Dairə ətrafında taksi duracaqları da yaradılıb".

M.Ağayev bildirib ki, qeyd edilən ərazidə icra olunan digər mühüm tədbir səkilərin dəmir məhəccərlə əhatələnməsidir: "Aparılan müşahidələr də onu göstərir ki, "20 Yanvar" dairəsində nəqliyyatın hərəkətinə maneə yaradan əsas amillərdən biri də piyadaların dairə ətrafında xaotik hərəkətidir.

"20 Yanvar" dairəsi ətrafında, eləcə də "Şamaxı yolu" adlanan ərazidə hərəkəti çətinləşdirən digər bir süni amil qanunsuz sərnişindaşıma hallarının mövcudluğudur. Biz tərəfdən ərazidə qanunsuz parklanma hallarına qarşı tədbir görülür. Amma tam nəticə əldə olunması üçün mütləq şəkildə qanunsuz sərnişindaşıma fəaliyyətinə qarşı da müvafiq qurumlar tərəfindən tədbirlər görülməlidir".

Milli.Az

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Lalə · 18 Fevral 11:5450

    İndi ordan Sumqayıta gedən maşınları yığışdıracaqlar?

    Cavab yaz
  • Anonim
    Detektiv · 18 Fevral 12:4020

    Samaxinka erazisinden masinlari cixarmaq isteyirler. Lakin onlar ucun dayanacaq yaradilmayib. Evvelce bu insanlar ucun yer teskil olunmalidir. Sonra masinlari oradan cixarmalidirlar. Bu eraziden simal bolgesine taksi ile sernisin dasinmasi heyata kecirilir.

    Cavab yaz
  • Anonim
    Elshan · 18 Fevral 12:4920

    BNA "kamerali" mashini yollarda surub shekil chekmekdense parklanma yerleri yaratsin. Sheher bashdan ayaqa "dayanmaq qadagandir" isharesi ile doludu. Xarici olkelerde axsham saatlarinda, hefte sonlari parklanmaya daha genish sherait, serbestlik verilir. BNA ise shekil chekib budcesin doldurmaqla meshquldur...

    Cavab yaz
    • Anonim
      Mirzə · 18 Fevral 17:4520

      Hər şey pisə doğru gedir.Bura Bakıdır.

      Cavab yaz
  • Anonim
    taryel · 18 Fevral 17:0920

    ...düzələn deyil...

    Cavab yaz
  • Anonim
    Rado · 19 Fevral 08:2400

    Ele bunun sebebkari bna ozudu, yalan danismaqdan basga ne bilirsiz gunahkarin ele sebebi sizin nezaretsiz olmaginizdir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.