Heydər Əliyev Beynəlxalq Aeroportunda gözə görünməyən məhdudiyyətləri olan sərnişinlər üçün imkanlar yaradılıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Heydər Əliyev Beynəlxalq Aeroportu postsovet məkanında ilk dəfə olaraq "gözə görünməyən" və ya "gizli" məhdudiyyətləri olan sərnişinlərə xüsusi yardım təklif etməyə başlamışdır.
Beynəlxalq Aeroportun mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, gözə görünməyən məhdudiyyətlərə demensiya, Altsheymer, autizm və s. daxildir.
Bu cür əlilliyi olan insanlar zahiri heç bir sağlamlıq və yaxud hərəkət məhdudiyyəti göstərmir, lakin hava limanının işçiləri tərəfindən əlavə dəstək və diqqətə ehtiyac duyurlar.
Layihənin əsas məqsədi xüsusi ehtiyacları olan sərnişinlər üçün uçuşları daha rahat və az həyəcanlı etməkdir.
Paytaxt hava limanı "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən verilmiş və yaxud müvafiq beynəlxalq vəsiqə olduğu təqdirdə gözə görünməyən məhdudiyyətləri olan sərnişinə prioritet qaydada xidmət göstərəcək.
Hava limanında bu cür sənəd təqdim edən sərnişinlərə gizli əlilliyin beynəlxalq simvolu olan sarı günəbaxan naxışlı müvafiq lanyard veriləcək. Lanyard Heydər Əliyev Beynəlxalq Aeroportunda aviasiya təhlükəsizliyi, qeydiyyat, habelə sərhəd və gömrük xidmətləri əməkdaşlarına görünməz əlilliyi olan sərnişinləri müəyyənləşdirməyə kömək edəcək.
"Hava səyahətləri autizm diaqnozlu uşaqlar və böyüklər, eləcə də onların ailələri və səyahət yoldaşları üçün xüsusi problemlər yarada bilər. Şadam ki, fərqli inkişaf özəllikləri olan uşaqlara həsr olunan 1-ci "Fərqli Fərdlər" konqresinin təşkilatçısı "CEO" şirkətinin, Autizm sindromlu uşaqlar üçün Reabilitasiya Mərkəzinin dəstəyi ilə fərqli inkişaf xüsusiyyətlərinə malik olan sərnişinlər üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda əlçatan bir mühitin yaradılmasına töhfə verən ilklərdən olduq. "Azərbaycan Hava Yolları" QSC Mərkəzlə birgə layihələrə, autist spektrin pozulması olan uşaqlara xüsusi diqqət yetirərək, dəstək verməyə davam edəcək", - AZAL-ın icraçı direktorunun birinci müavini Cəmil Manizadə bildirmişdir.
"Autizm spektr pozuntusu diaqnozlu uşaqlar dünyanı bir qədər fərqli qavrayır, ətraf mühit bəzən onlara qıcıqlandırıcı təsir göstərə bilər. Lakin onlar xeyirxah və mərhəmətlidirlər. AZAL və Heydər Əliyev Beynəlxalq Aeroportuna məhdudiyyətləri olan insanlara rahat və yüksək keyfiyyətli xidmət göstərdikləri üçün təşəkkürümüzü bildiririk", - "Birgə və Sağlam" İctimai Birliyinin sədri Aytən Eynalova bildirmişdir.
Uçuş öncəsi yoxlama, gömrük və sərhəd nəzarəti prosedurları haqqında əlavə məlumatı Heydər Əliyev Beynəlxalq Aeroportunun rəsmi saytından, həmçinin videodan əldə edə bilərsiniz: https://youtu.be/ZqhETqItNwc
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Borcları ödənilməyən binalara istilik verilməyəcək - (Video)
-
“Sevgi naminə arzusundan keçən qadının psixoloji problemi var” - Ayan Babakişiyeva
-
Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma
-
Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü
-
Pərvin Abıyeva: “4 ildir bu xəstəliyə görə kökəlmirəm“
-
Bakıda 17 yaşlı tələbə qəfil vəfat etdi
XƏBƏR LENTİ
-
Borcları ödənilməyən binalara istilik verilməyəcək - (Video)
-
“Sevgi naminə arzusundan keçən qadının psixoloji problemi var” - Ayan Babakişiyeva
-
Üçtərəfli görüşün tarixi açıqlandı
-
Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma
-
Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü
-
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
-
Restoranda qaşığı masaya tərsinə qoymayın - Ofisiant səhv mesaj alır
-
Pərvin Abıyeva: “4 ildir bu xəstəliyə görə kökəlmirəm“
-
Bakıda 17 yaşlı tələbə qəfil vəfat etdi
-
Yol polisi gözlənilən hava ilə bağlı sürücülərə müraciət edib
-
36 yaşlı “Eşref Tek” xeyli çəki atdı - (Foto)
-
Yoldaşlıq görüşündə Ançelotti qırmızı vərəqə aldı
-
Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
-
Xuraman da plastik əməliyyat etdirdi
-
Tramp: İranla müharibənin başa çatıb, ABŞ qalib gəlib
-
“Real”ın ulduzu nə yemək bişirə, nə də maşın sürə bilir
-
Rusiyanın Xalq artisti səhnədən gedir
-
Əli Abbasova ağır itki
-
Ronaldo serial çəkir - (Foto)
-
Bu avtomobildən cəmi 499 ədəd istehsal olunacaq - (Foto)
-
“Sabah”ın basketbolçusu FIBA Çempionlar Liqasında ən yaxşı seçildi
-
Bakıda bu binaya 3,5 milyon manat xərclənəcək
-
Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər
-
“Kalaşnikov”la 3 dəqiqəyə lüks mağazanı soydular - 1 milyonluq brilyant oğurlandı - (Video)





