Ölkə

Bərdədə iki “VAZ” toqquşdu - Sərnişin öldü

8 Fevral 2020 14:25
0 Şərh     Baxış: 1 499
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyindən (DİN) Milli.Az-a verilən məlumata əsasən, fevralın 7-də saat 9 radələrində Bərdə rayonunun Alpoud kəndinin ərazisində rayon sakini R.Qasımovun və Mingəçevir şəhər sakini N.Fərəcovun idarə etdikləri "VAZ" markalı 2 avtomobil toqquşublar.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Qasımovun sərnişini, həmyerlisi Adilə Əzizova orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.