Ölkə

Qubada yanğın nəticəsində 3 ev yanıb - İcra Hakimiyyəti

7 Fevral 2020 15:33
0 Şərh     Baxış: 1 113
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Quba rayonunun Qarxun kəndində baş verən yanğın söndürülüb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Quba rayon İcra Hakimiyyəti başçısının müavini Xanlar Heybətov bildirib.

Qurum rəsmisi bildirib ki, Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikalarının sayəsində yanğının qarşısı alınıb: "Hadisə nəticəsində 2 ev tam, 1 ev isə qismən yanıb. Bundan başqa, hadisə nəticəsində bir ot tayası və bir tövlə yanıb. Hadisə nəticəsində xəsarət alan yoxdur".

Qeyd edək ki, bir neçə saat əvvəl Quba rayonunun Qarxun kəndində ot tayasında yanğın başlayıb. Küləyin gücündən yanğın yaxınlıqdakı evlərə keçib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları və iki helikopteri cəlb edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.