DİM ödənişli xidmətlərdən istifadə edənlər üçün bəzi üsulları açıqladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət İmtahan Mərkəzi (DİM) vətəndaşların "Şəxsi kabinet" yaratdıqdan sonra əlavə ödəmə həyata keçirmək üçün istifadə edə biləcəkləri üsulları açıqlayıb.
Mərkəzdən Milli.Az-a verilən məlumata görə, DİM-in ödənişli xidmətlərindən faydalanmaq istəyən istifadəçilər "Şəxsi kabinet"lərinin hesabına tələb olunan məbləği əlavə etməlidirlər. Bunun üçün istifadəçilər ilk növbədə ekabinet.dim.gov.az saytında öz "Şəxsi kabinet"lərini yaratmalıdırlar.
Vətəndaşların "Şəxsi kabinet" yaratdıqdan sonra ödəmə həyata keçirmək üçün bir neçə üsuldan istifadə etmək imkanları var:
1. Vətəndaş bank kartı vasitəsilə online şəkildə "AsanPay" (təhsil ödənişləri->DİM) və "Hesab.az"(təhsil->DİM), "Hökumət ödəniş portalı" (bütün ödənişlər->təhsil->DİM) və ya bu elektron ödəniş sistemlərinin şəbəkələrinə qoşulmuş ödəniş terminalları vasitəsi ilə apara bilərlər.
2. Bank kartı olmayanlar "Şəxsi kabinet" yaratdıqdan sonra ödənişi həyata keçirmək üçün "Hökumət ödəniş infrastrukturu"na qoşulan bütün banklar, bankların filialları, şöbələri, həmçinin "Azərpoçt"un filial və şöbələrində şəxsiyyət vəsiqəsi və ya "Şəxsi kabinet"inin nömrəsini əməliyyatçıya təqdim etməklə ödəməni həyata keçirə bilərlər. (əməliyyatçıya "Hökumət ödəniş portalı" vasitəsilə "Şəxsi kabinetimə" imtahanda iştirak etmək üçün vəsait qoymaq istəyirəm demək kifayətdir).
3. Banklara məxsus ödəniş terminalları (məsələn "Ekspresspay" (təhsil->DİM) və poçt şöbələrində olan e-GovPay ödəniş terminalları vasitəsilə də nağd şəkildə "Şəxsi kabinet"inizin hesabına vəsait əlavə edə bilərsiniz.
4. Bundan əlavə, bank kartı olmayanlar portmanat.az mikro ödənişlər sistemi ilə də Portmanat kod əldə etməklə lazımi vəsaiti hesablarına yükləyə bilərlər. Portmanat kod MilliÖN, eManat, Easypay, Expresspay ödəmə terminalları vasitəsi ilə əldə edilə bilər. Kodun əldə edilməsi üçün ardıcıllıq aşağıdakı kimidir:
Ödəmə kartları -> Portmanat Code -> Mobil nömrə daxil edilir -> Məbləğ daxil edilir. Əməliyyatın sonunda daxil edilən mobil nömrəyə 9889 qısa nömrəsindən Portmanat kodu SMS vasitəsi ile göndərilir, eyni zamanda qəbzin üzərində də çap olunur. Portmanat kodla DİM-ə ödəniş etmək üçün portmanat.az saytına və ya mobil tətbiqinə daxil olduqdan sonra "Qeydiyyatsız ödənişlər" bölməsindən "Dövlət ödənişləri" bölməsinə daxil olmalısınız. Daha sonra "DİM" seçilir. 2 seçim imkanı var: DİM (Kabinet nömrəsi ilə) və DİM (Şəxsiyyət vəsiqəsi ilə). Seçimlərdən hər hansı birini seçərək ödəniş qəbzindəki pin kodu daxil etməklə ödəniş edilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Magistraturaya qəbul olan bu tələbələr pulsuz təhsil alacaqlar
-
Məşhur türk vokal təlimçisi azərbaycanlı ifaçıları heyranlıqla paylaşdı - (Video)
-
Türkiyəli məşhur aktyor vəfat etdi - (Foto)
-
Bakı ətrafında ən ucuz torpaqlar haradadır? - Qiymətlər
-
144,9 ha ərazi minalardan təmizlənib
-
Nazirdən şad xəbər: Onlara 20 min manatadək pul verilə bilər
XƏBƏR LENTİ
-
Rusiyada taun xəstəliyi yayılır? - Xəstəxanalar karantinə bağlandı
-
Magistraturaya qəbul olan bu tələbələr pulsuz təhsil alacaqlar
-
Məşhur türk vokal təlimçisi azərbaycanlı ifaçıları heyranlıqla paylaşdı - (Video)
-
Rusiyada təyyarə qəzası: 8 zabit həlak oldu
-
“Royad Məmmədov” gəmisi vuruldu
-
Gəlin bəyin ayağına basmaq əvəzinə görün nə etdi - (Video)
-
Türkiyəli məşhur aktyor vəfat etdi - (Foto)
-
Bakı ətrafında ən ucuz torpaqlar haradadır? - Qiymətlər
-
144,9 ha ərazi minalardan təmizlənib
-
Nazirdən şad xəbər: Onlara 20 min manatadək pul verilə bilər
-
Bakıda arvadını pul vermədiyi üçün tava ilə döydü
-
Pünhan toyunda həmkarlarını "ağ yuyub, qara sərdi": "Çoxunun məni gözü götürmür" - (Video)
-
"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satılıb
-
Merve Özbeyin konsertdə başına iş gəldi: Xəstəxanaya aparıldı
-
Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
-
"“Fənərbağça” “Turan Tovuz”la oyuna görə pul alıb" – Emre Bol
-
İbrahim Borçalının evində şad gün (Foto)
-
Bu olsa, Kənan Yıldız "Real"a transfer olunacaq
-
Elgiz bağ evini nümayiş etdirdi - (Video)
-
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
-
Bakıya leysan yağacaq - Proqnoz verildi
-
Pensiyalar və təqaüdlər bu tarixdə veriləcək
-
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto/Video)
-
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni təhlükəsizlik konsepsiyasını ortaya qoyur - Sahil Kərimli





