Ölkə

Bakıda tarakanların “at oynatdığı” restorandan şok açıqlama: “Yəqin, kanalizasiyadan çıxıb”

31 Yanvar 2020 17:49
1 Şərh     Baxış: 2 176
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Orada həşəratlar yox, bir dənə tarakan olub. O tarakanı mənim obyektimin içərisində axtaran oğlanı heç restoranımda da görmək istəmirəm".

Milli.Az bildirir ki, bunu Oxu.az-a "50 Qəpik" restoranlar şəbəkəsindən restoranda antisanitar vəziyyətin olduğuna dair iddialara cavab olaraq özünü restoranın rəhbəri kimi təqdim edən şəxs bildirib.

O qeyd edib ki, heç bir müştəri ona bununla bağlı müraciət etməyib:

"Bununla bağlı mənə heç kim müraciət etməyib. İkincisi, həşəratdır, hər yerdə var. Neyləyək, bütün günü düşək o həşəratın arxasınca?! Mənim obyektlərim hər bir antisanitariya qaydalarına görə yoxlanılır.

Hər həftə restoranda yoxlamalar aparılır. Həşərat ya kanalizasiyadan, ya başqa bir yerdən qalxa bilər. İndi olub da, olanda olur".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.