Ölkə

Azərbaycan Texniki Universitetinin 2 departamenti ləğv edildi

31 Yanvar 2020 19:34
0 Şərh     Baxış: 1 195
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Texniki Universitetində (AzTU) bir sıra departamentlər və şöbələr ləğv edilərək onların bazasında yeni şöbələr yaradılıb.

Milli.Az bildirir ki, universitetin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərovanın dediyinə görə, "Elm və innovasiyalar" departamenti ləğv edilərək, onun bazasında "Tədqiqat və inkişaf" şöbəsi yaradılıb. Kimya üzrə fəlsəfə doktoru, dos. Mərziyyə Ağayeva şöbənin müdiri vəzifəsinə təyin olunub. O, bundan əvvəl AzTU-nun Beynəlxalq əlaqələr departamentinin direktoru vəzifəsində çalışıb.

Beynəlxalq əlaqələr departamenti ləğv edilərək onun bazasında "Beynəlxalq əlaqələr" şöbəsi yaradılıb. Mustafa Əhmədov həmin şöbənin müdiri vəzifəsinə təyin olunub. O, bundan əvvəl Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsində böyük məsləhətçi və bir sıra universitetlərdə şöbə müdiri vəzifələrində çalışıb.

AzTU-nun "Strateji planlaşdırma" şöbəsi də ləğv edilib. Onun bazasında "Texnoloji transfer" şöbəsi yaradılıb. Texnika elmləri namizədi Vəli Fətəliyev şöbənin müdiri vəzifəsinə təyin olunub. O, bundan əvvəl Müdafiə Sənayesi Nazirliyinin "Müdafiə təyinatlı məmulatların istehsalı" şöbəsinin müdiri, həmçinin bir sıra nazirliklərdə şöbə müdiri vəzifəsində çalışıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosentidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.