Azərbaycanın səhiyyə naziri koronavirusla bağlı ƏMR imzaladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Səhiyyə naziri Oqtay Şirəliyev "Yeni 2019-nCoV koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" əmr imzalayıb.
Milli.Az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən 2019-cu ilin dekabr ayında ilk dəfə olaraq Çinin Yuhan şəhərində naməlum mənşəli pnevmoniyanın törədicisi kimi yeni 2019-nCoV koronavirusu aşkar edilib və onun törətdiyi xəstəliyin qeydiyyatına başlanılıb.
2020-ci ilin yanvar ayında xəstəliyin Çində alovlanması və hazırda xəstəlik hadisələrinin artıq Tailand, Cənubi Koreya, Yaponiya və digər bir sıra ölkələrdə də baş verməsi davam etməkdədir.
Əmr respublikada yeni koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə imzalanıb.
Sənəddə tibb müəssisələrində sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işinin gücləndirilməsi, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması və təchiz olunmasının təmin edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Həmçinin zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi mühafizə vasitələrindən (maskalardan) istifadə etməsi təmin olunması, dərman preparatlarının, dezinfeksiyaedici maddələrinin, həmçinin tibb personalı üçün fərdi mühafizə vasitələrinin ehtiyatının yaradılması əmrdə öz əksini tapıb.
Eyni zamanda əmrdə xəstəlik hallarının ölkəyə gətirilməsinin qarşısının alınması məqsədi ilə xəstəlik baş vermiş ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidənin aparılmasında Dövlət Gömrük Komitəsinin və Səhiyyə Nazirliyinin mütəxəssislərinin qarşılıqlı fəaliyyətinin təmin olunması da öz əksini tapıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kadir İnanırın mirası ortaya çıxdı
-
Qəçrəşdəki restoranda 29 yaşlı oğlan öldü
-
Konsertinə gələn körpəyə 7200 manatlıq jest etdi
-
Anası tərəfindən zəncirləndiyi deyilən 17 yaşlı oğlan müəssisəyə yerləşdiriləcək
-
Qaxda bıçaqlanma
-
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
-
"Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu
-
“Özü kəfən geyinib aramızdan köçdü, balasına yardım lazımdır“
-
Məşhurların pulları hara getdi? - “Ahbap”a ianələr
-
TikTok-da qeyri-etik ifadələr işlədən qadın cəzalandırıldı
-
Ağdamda xəstəxana tikintisinin davamına 17 milyon manat xərclənəcək
-
Məhərrəmlik nə vaxt bitir?
-
Tokayevdən Putinə çağırış: Münaqişəni dondurun, İstanbul danışıqlarına qayıdın
-
Polis axtarışda olan 106 nəfəri tutdu
-
Bakı-Tbilisi qatarı da yolda qaldı
-
Azərbaycanda uşağın zəncirlənməsi iddiası: DİN araşdırmaya başladı
-
Sabah çimərliklərdə 30 dərəcə isti olacaq
-
"Səsləndirilənlər Ayaz Mustafayevin məsuliyyəti üzərindən atmaq cəhdidir" - Vado Karovin
-
Qızıl bahalaşdı
-
Natəvan Quliyeva vəfat etdi
-
Onlayn ticarət bazarları çökdürür? - "Sədərək"lə bağlı iddialara cavab - (Video)
-
Qarpız sevənlərə XƏBƏRDARLIQ
-
"Moyka"da "BMW" yandı
-
Prezident İlham Əliyev Milix Yevdayevi təltif edib





