Tovuzda minik maşını qatarla toqquşub.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dondar Quşçu keçidində qeydə alınıb.
"VAZ" markalı minik maşını dəmir yolu keçidini keçən zaman qatarla toqquşub. Hadisə zamanı 1994-cü il təvəllüdlü İsmaylov İsmayıl Vahid oğlu və 1985-ci il təvəllüdlü Əliyev Hüseyn Əkbər oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az