Ölkə

Bəzi rayonlarda qar yağacaq

18 Yanvar 2020 13:42
9 Şərh     Baxış: 7 364

Yanvarın 19-da Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində fasilələrlə çiskinli olacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5 dərəcə isti, gündüz 6-9 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacaq.

Milli.Az

loading...

Şərh yaz:

9 Şərh:

  • Anonim
    **** · 18 Yanvar 13:4489

    Her gun ele eyni sozler yazilir((((

    Cavab yaz
  • Anonim
    · 18 Yanvar 13:5831

    Ele bu gün üçündə külək, yağış demişdilər. Ne oldu gözəl, gəzməli hava var

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 18 Yanvar 15:4784

    Ditdiiiiiii:))) Salam olsun canlarim dostlarima ve qardasimaaa

    Cavab yaz
    • Anonim
      12345 · 18 Yanvar 17:2043

      Aleykumsalam.+5

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 18 Yanvar 23:2431

        Ditdiiiiiiiiiiiii:))))))))))))))))))

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 18 Yanvar 15:4785

    Bu gün havaaa superrrdi yaqiş yaqdi da dünen polnuuu daha istemirikkk !

    Cavab yaz
    • Anonim
      Zaur. · 18 Yanvar 23:5921

      Polnuuu :)

      Cavab yaz
  • Anonim
    Aki 1 · 19 Yanvar 09:0320

    Eşi Rayonlaraa yağırdaa onsuzdaaa qarr

    Cavab yaz
  • Anonim
    Rrrr · 19 Yanvar 10:5200

    Yeni gunesliye sulu qar yagir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.