Ölkə

Bakıda məktəbliləri daşıyan avtobus marşrutla toqquşdu, yaralılar var

17 Yanvar 2020 09:34
2 Şərh     Baxış: 2 321

Bakıda marşrut avtobusu qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Albalılıq qəsəbəsi ərazisində baş verib.

107 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı 99 LH 456 dövlət nömrə nişanlı avtobusla orta məktəb şagirdlərini daşıyan "Mercedes" markalı 10 MT 884 dövlət nömrə nişanlı mikroavtobus toqquşub.

Hadisə nəticəsində "Mercedes" markalı mikroavtobusda olan, 322 saylı orta məktəbin şagirdləri-2007-ci il təvəllüdlü Məmmədova Fatimə İlqar qızı, 2007-ci il təvəllüdlü Məcdinov Nihad Elçin oğlu müxtəlif dərəcəli xəsarətlərlə 3 saylı şəhər Klinik Xəstəxanasına, 2004-cü il təvəllüdlü Nəcəfova Fəridə Zahir qızı 14 saylı Birləşmiş Şəhər Xəstəxanasına, 2002-ci il təvəllüdlü Hüseynli Sevil Habil qızı isə 10 saylı təcili tibbi yardım stansiyasına aparılıb.

Yaralılara tibbi yardım göstəriləndən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Sevda.R · 17 Yanvar 09:4330

    Vəhşi kimi sürürlər avtobusları canı yanmışlar.Allah köməy olsun uşaqlara...

    Cavab yaz
  • Anonim
    // · 17 Yanvar 09:5740

    Necə qorxub uşaqlar indi? Allah özü kömək olsun uşaqlara.Sürücülərə də Allah insaf versin.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.