Bakıda itkin düşən 14 yaşlı qız tapıldı - Gecə saatlarında... - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda 14 yaşlı qız itkin düşüb.
Milli.Az xəbər verir ki, Aysel Salahova dünən gecə saatlarında Bilgəhdə yaşadığı evindən çıxıb, geri qayıtmayıb.
Qonşular gecə saat 00:00 radələrində qapıya taksi gəldiyini görüblər. Bundan savayı heç bir məlumat yoxdur!
Ayselin ailəsi artıq itki ilə bağlı yaşadıqları ərazinin polis şöbəsinə müraciət edib.
Yeniyetməni gorənlərdən 050 201 93 93 nömrəsinə zəng vurmaq və ya yaxınlıqdakı hüquq-mühafizə orqanlarına məlumat vermək xahiş edilir.
Qeyd edək ki, A.Salahovanın ailəsi qızlarının tapılması üçün ARB-nin "Elgizlə izlə" proqramından kömək istəyiblər.
Belə ki, ARB TV-nin "Elgizlə İzlə" verilişinin canlı yayınına telefon bağlantısı ilə qoşulan Yadigar Salahov bacısı Aysel Salahovanın itkin düşdüyünü deyib:
"Biz Bilgəhdə yaşayırıq. Bacım Aysel ayın 12-si 13-nə keçən gecə evdən gizlincə çıxıb, onun 14 yaşı var. Heç birimizin xəbəri yoxdur, icazəsiz çıxıb. Taksi gəlib qapıya. Evdən 3manat pul götürüb və gedib. Həmin ərəfədə evdə heç bir söz-söhbət olmayıb".
***
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya bildirib ki, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlının yeri müəyyən olunub. İlkin araşdırmalar nəticəsində məlum olub ki, azyaşlı heç bir şəxs tərəfindən qaçırılmayıb.
Bu barədə azyaşlının ailəsi məlumatlandırılıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
Sürücülərin diqqətinə: Bu qəsəbədə təmir işləri aparılacaq
-
Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb
XƏBƏR LENTİ
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib
-
Sürücülərin diqqətinə: Bu qəsəbədə təmir işləri aparılacaq
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
-
Yeniyetmə akrobatlarımız Dünya yarışında iki medal qazanıblar - (Foto)
-
Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb
-
Cəlilabadda zəncirvarı qəza - 3 nəfər xəsarət alıb - (Foto)
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib





