“Sınıq körpü”də bərpa işləri yekunlaşır - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın əhəmiyyətli abidələrindən biri olan "Sınıq körpü"nün bərpa işlərinin bir qismi artıq başa çatdırılıb.
Milli.Az xəbər verir ki, bunu Trend-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov deyib.
Onun sözlərinə görə, hazırda körpünün parapet hissəsi, fasadı, örtüyü və digər karvansarada, həmçinin karvansaranın döşəmələrində bərpa işləri davam etdirilir:
"Bildiyimiz kimi, 2018-ci ilin dekabr ayından hər iki ölkə - Azərbaycan və Gürcüstan tərəfindən razılaşdırılmış layihə əsasında bərpa işlərinin aparılmasına başlanılıb. Bu müddət ərzində körpünün üstündə sonradan əlavə olunmuş tullantılardan təmizlənmə işi, demək olar ki, başa çatdırılıb, sonradan əlavə olunmuş, qalınlığı 50-80 sm olan beton bordür dağıdılıb, istinad divarı inşa olunub, üstü dağılmış karvansaranın içi söküntülərdən təmizlənib, həmin karvansarada bərpa işləri başa çatdırılıb".
F. Hüseynov görülən işlərin iki aya yekunlaşacağını bildirib: "Qeyd edim ki, bərpa işlərinin cari ilin mart ayının sonunadək başa çatdırılması nəzərdə tutulub".
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarına əsasən dünya əhəmiyyətli memarlıq abidəsi olan körpü XII əsrdə Xram çayı üzərində inşa olunub. Qədim karvan yolunun üstündə olan bu körpü el arasında "Sınıq körpü" də adlanır. Yazılmış mənbələrə görə, körpünün bel hissəsinin sınıq olmasına görə bu körpüyə belə ad qoyulub.
O dövrdə Azərbaycanın digər yerlərində tikilən çoxaşırımlı körpülərlə müqayisədə, bu körpü öz monumentallığı ilə seçilir. Körpü dörd aşırımlıdır və hər bir aşırımın ölçüsü 8.2 m, 16.1 m, 8 m, 26.1 m-dir. Körpünün dayaqları yonulmuş sal qaya daşından hörülüb. Sel suları tutmayan səviyyədən isə qırmızı kərpicdən tikilib. Körpünün sağ və sol sahillərində istifadə olunması üçün geniş yerləşgələr salınıb. Sol tərəfdəki yerləşgənin sahəsi 116 kvadrat metr, sağ tərəfdəki isə 166 kvadrat metr-dir.
Qeyd edək ki, abidənin bərpa və konservasiya layihəsi "Azərbərpa" Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən hazırlanıb. Bərpa işləri başa çatdıqdan sonra körpüdən piyadaların keçidi üçün istifadə olunacaq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
Xırdalanda qumbara partladı - 19 yaşlı qız öldü
-
Nigarın keçmiş nişanlısı həqiqətləri danışdı: Nişanı qaytaran anası imiş... - (Video)
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
-
Prezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
XƏBƏR LENTİ
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
8 ay ərzində Azərbaycanın neft ixracı 10,6 faiz artıb
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Xırdalanda qumbara partladı - 19 yaşlı qız öldü
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
-
Nigarın keçmiş nişanlısı həqiqətləri danışdı: Nişanı qaytaran anası imiş... - (Video)
-
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
-
Prezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
-
Prezident İlham Əliyev: Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq
-
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - (Yenilənib/Video)
-
Prezident İlham Əliyev dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıb
-
Prezident İlham Əliyev: Azərbaycan xalqı dünyada bir presedent yaratdı
-
Prezident İlham Əliyev: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir
-
Prezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir
-
Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin
-
Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib
-
Azərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edib
-
Anar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardı
-
Vəzifəsindən azad edilən icra başçısı kimdir? - Dosye





