Ölkə

Əli Əsədov Artur Rasizadənin qərarını dəyişdirdi

25 Dekabr 2019 14:42
0 Şərh     Baxış: 6 062
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nazirlər Kabinetinin "Açıq məkanda reklam fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra məsələlər haqqında" 2017-ci il 26 dekabr tarixli 598 nömrəli qərarında (Artur Rasizadə tərəfindən təsdiqlənib) dəyişiklik edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Nazirlər Kabineti qərara alıb ki, əvvəlki qərarın ikinci və üçüncü hissələri ləğv edilsin.

İkinci hissədə bildirilirdi ki, "Açıq məkanda yerləşdirilən reklama dair texniki şərtlər pasportu"nun forması təsdiq edilsin.

Üçüncü hissə isə açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinin forması və bağlanma qaydasını müəyyən edirdi.

Qərarla dördüncü hissədə "əmlakdan istifadəyə" sözləri "əmlakın icarəsinə" sözləri ilə əvəzlənib.

Qeyd edək ki, dördüncü hissə bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı həmin əmlakın icarəsinə görə məbləği müəyyənləşdirir.

Bildirilir ki, reklam yayıcısının həmin reklam daşıyıcısında reklam yerləşdirilməsinə icazə verilməsi üçün ödədiyi (ödəyəcəyi) dövlət rüsumu məbləğinin 10 faizi həcmində müəyyən edilsin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.