Ölkə

Ali Məhkəmə seksual manyakla bağlı qərar verdi

5 Dekabr 2019 17:36
1 Şərh     Baxış: 1 552
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ali Məhkəmədə azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən R.S.-nin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, R.S.-nin kassasiya şikayəti təmin edilməyib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.S. 2 il 2 ay 28 gün azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də onun şikayətini təmin etməyib. 

İttihama görə, R.S. azyaşlı oğlana qarşı seksual xarakterli hərəkətlər edib. Uşağın valideynləri hadisədən xəbər tutub. Şikayət əsasında R.S. saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.