Ölkə

“Mənə niyə çəp baxırsan?” sözü qanla bitib... - Əzimin ailəsi şikayətçidir - FOTO

16 Noyabr 2019 15:08
16 Şərh     Baxış: 3 037

Gəncədə bu ilin oktyabr ayında ailələr arasında baş verən kütləvi dava 17 yaşlı gəncin ölümü ilə nəticələnib. Həmin insident zamanı vəfat edən Əzim Verdiyevin yaxınları istintaqın gedişatından narazıdırlar.

Milli.Az xəbər verir ki, Ə.Verdiyevin xalası Şəfəq Namazova qafqazinfo-ya müraciət edərək deyib ki, hadisə oktyabrın 22-də Gəncədə "Xan arxı" deyilən ərazidə baş verib.

Ş.Namazovanın sözlərinə görə, Ə.Verdiyev peşə məktəbində bərbər peşəsi üzrə təhsil alıb və atası Elşadın yanında bərbər işləyib. Hadisə günü atası ilə işdən çıxıb evlərinə gedərkən Əzimi dostu Azər Qurbanov zəng edərək "məni təkləyib döyürlər, tez gəl" deyib. O da idman çantasını atasına verərək həmin yerə gedib. Əzim Verdiyev idmanla məşğul olub, bir neçə dəfə turnirlərdə çempion olub. 17 yaşlı Əlimurad Həsənov da Əzimlə birgə bərbərxanada işləyirmiş.

O da Əzimlə Anarın yanına gedib. Həmin yerə çatanda görüb ki, 15 yaşlı Elgün M. onun atası Rövşən, əmisi Heydər, Heydərin oğlu Sərdar və bibisi oğlanları orada Azərlə mübahisə edirlər. Səbəb də budur ki, Azər Elgünün bibisi oğlu Xəyala deyib ki, "mənə niyə çəp baxırsan?", o da cavabında "yaxşı edirəm, mənim baxışım belədir" deyib. Buna görə mübahisələri düşüb. Xəyalgil Salyanda yaşayır, Gəncədə bu söhbətə görə gəliblər.

Əzim onları aralaşdırıb və sakitləşdirərək kənara aparıb. Elgünlə Azər 38 saylı məktəbdə oxuyurlar. Gəzə-gəzə həmin məktəbin yanına gediblər, orada Sərdar cibindən bıçaq çıxarıb. Atası Heydər bıçağı onun əlindən alaraq kənara atıb. Orada qohumlar yenə Azəri döyməyə başlayıblar, Əzim onu digərlərinin əlindən alıb, Azər qaçaraq uzaqlaşıb. "Xan arxı" deyilən yerdə Elgünün atası Rövşən Azəri tutaraq döyüb, başına stol-stul çırpıb. Azər dözməyib yaxınlıqdakı kafeyə girib bıçaq götürərək çıxıb və qışqıraraq "məni niyə öldürürsünüz? Sizin hamınızı vuracam" deyib. Əzim bıçağı onun əlindən alaraq kənara tullayıb. Bu zaman kütləvi dava başlayıb və onlar 7 nəfər kişi Əzim, Əlimurad və Azəri döyməyə başlayıblar.

Həbs olunan Elgün M.

Ş.Namazova hadisə zamanı xəsarət alan Əlimurad Həsənovun sözlərini təkrarlayıb: "Əlimurad dedi ki, "bir də gördüm hamı qaçdı, Əzim yerdə idi. Sərdar da onun üstündə durub sinəsinə yumruq vururdu. Qaçıb onu itələdim, Əzim ayağa durdu, əlini sinəsinə tutub, başı aşağı "kurtka"sını götürməyə getdi. Bu vaxt Heydər onun üstünə cumub vurmaq istəyəndə Əzim dizləri üstdə yerə yıxıldı, mən qaçıb onu tutdum. Bu vaxt kimsə məni arxadan kürəyimdən vurdu. Orada olan adamlara, taskilərə nə qədər yalvardımsa, heç biri Əzimi maşına götürüb xəstəxanaya aparmadı. Əzim yerdə uzanılı qaldı, o mənə "Əlimurad, əlimi buraxma, qoyma ölüm" dedi.

Ş.Namazova əlavə edib ki, 17 yaşlı Əzim xəstəxanaya aparılarkən yolda ölüb: "Heydər maşını ilə orada olub, öz qohumlarını maşına yığaraq getmək istəyiblər. Əzimin qan içində olduğunu görəndən sonra qohumlarını düşürdüb, Əzimi götürərək xəstəxanaya aparıblar. Amma bunu vaxtında yox, çox gec etdikləri üçün Əzim ölüb".

Şəfəq Namazova bildirir ki, bu işlə bağlı yalnız Elgün M-in həbs edilməsi ədalətsizlikdir: "Onlar bir dəstə olublar, Əzimi, Əlimuradı, Azəri döyüblər. Prokurorluq bizə video görüntüləri göstərmir. Deyirlər ki, Elgün Əzimi vurandan sonra bıçağı tullayıb, kafedə əlini yuyaraq çıxıb gedib. Bəs onda Əlimuradı kim vurub? Orada olanların hər biri cinayət məsuliyyətinə cəlb edilməlidir.

Amma bu gün Rövşən öz kafesində kabab bişirib satır. Camaata da deyir ki, prokuror Elgünün buraxılması üçün pul istədi, verdik, razılığa gəldik. Şayiə yayır ki, Elgünü da buraxdıracaq. Orada olan hər kəsin əməlinə hüquqi qiymət verilməlidir".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

16 Şərh:

  • Anonim
    Arif · 16 Noyabr 15:17160

    Hansısa məmur prokror ya hakim kimnənsə pul rüşvət alib cinayəti bağlayırsa Allah cəzasin versin həmin şərəfsiz məmurun.

    Cavab yaz
    • Anonim
      samsnq · 19 Noyabr 10:4800

      hele isdintaq gedir hec danslmayib orda yazlan sozderin coxu yalandir

      Cavab yaz
  • Anonim
    Rusvay · 16 Noyabr 15:18100

    Ozbasnaliq bas alib gedir

    Cavab yaz
  • Anonim
    Hey · 16 Noyabr 15:19100

    Gor qudurqana bax ..baxmagida ondan xaish etmek lazimdir

    Cavab yaz
  • Anonim
    Dovlet · 16 Noyabr 15:2160

    Prokuror ???hani selahiyyetli orqanlar?

    Cavab yaz
    • Anonim
      aylin · 19 Noyabr 10:5211

      yalandir yazlanlarin coxu

      Cavab yaz
  • Anonim
    Kim · 16 Noyabr 15:2190

    Vay olenin halina..yaziq ushaq.

    Cavab yaz
  • Anonim
    Okey · 16 Noyabr 15:2350

    Ne ucun o prokrorun adi yazilmayib ..

    Cavab yaz
    • Anonim
      aylin · 19 Noyabr 10:3510

      hec is baqlanmayib isdintaq gedir qezetde yazlanlarin coxu yalandr kamera var yalanda prakrora ve basqasna ser atdqlarna gore her kes mesulyet dasyir allahnizi unutmayin

      Cavab yaz
  • Anonim
    " · 16 Noyabr 18:2970

    Yəni doğurdan bir sözə görə belə dava düşüb?Belə başıboş böyükləri olan uşaqlardan nə gözləmək olar..Hayıf cavan oğlana.Öldü getdi.Əgər bundan sonra da o qoçuluq edənlər əvvəlki kimi yaşayıb dolanırlarsa ,deməli,insanlıqda payları yoxdu.

    Cavab yaz
  • Anonim
    . · 16 Noyabr 19:3040

    Niye bu qeder yekebas risofkayiq ?

    Cavab yaz
    • Anonim
      aylin · 19 Noyabr 10:4220

      burda yazlanlar yalandir hele isdintaq gedir cox sozder yalan melumatdr kamera olub heqiqet ortaya cxanda bilnecek prakrolada serdir her kes yalan sere gore mesulyet dasiyir yerine yetin sonra cznlandrin

      Cavab yaz
  • Anonim
    samsnq · 19 Noyabr 10:4320

    yalan melumatdr hele isdintaq baqlanmayib

    Cavab yaz
  • Anonim
    aylin · 19 Noyabr 10:5320

    duzgun yazlmayib cocx sozder uydurlub

    Cavab yaz
    • Anonim
      Həci · 19 Noyabr 11:0211

      ay məllim bayaqdan 50 dənə şərh yazmısan. bildik də ))

      Cavab yaz
  • Anonim
    He · 21 Noyabr 00:5600

    Yaziq usaq

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.