Ölkə

Bu gecə Almaniyadan xeyli azərbaycanlı "siyasi mühacir"in deport olunacağı gözlənilir

14 Noyabr 2019 15:18
Baxış: 2 263
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gecə Almaniyadan, əsasən, Bavariya torpağından xeyli azərbaycanlı "siyasi mühacir" deport olunacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə informasiya sosial şəbəkələrdə yayılıb.

Əsasən də Müsavat Partiyasının sənədi ilə müraciət edənlərin deport ediləcəyi deyilir.

Qeyd edək ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın Müsavat Partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib.

Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.