Ölkə

Akif Əlizadə: "AMEA-da magistratura təhsilinə ciddilik artırılmalıdır"

16 Oktyabr 2019 18:11
Baxış: 698
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan Milli Elmlər Akademiyasının institut və bölmələrində magistratura təhsilinə olan ciddilik artırılmalıdır. Gələn il də anoloji monitorinqləri keçirərik. Əgər nəticələr eyni olacaqsa, növbəti il üçün qəbul planını azaldarıq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu AMEA-nın prezidenti Akif Əlizadə Rəyasət Heyətinin bu gün keçirilən iclasında magistratura təhsilinin təşkili ilə əlaqədar aşkarlanan nöqsanlara münasibət bildirərkən deyib.

Magistratura təhsili üçün keyfiyyətli tədrisin təşkilinin daha önəmli olduğunu deyən A.Əlizadə əlavə edib ki, bütün institutlarda magistraturanın təşkili məcburi deyil: "Məcburi deyil ki, akademiyanın 27 institutunda magistr təhsili olsun. Magistratura təhsili, məsələn, 7 institutda olsun, amma orada keyfiyyətli təhsil verilsin. Biz bu sahədəki problemləri aradan qaldırmalıyıq. Ona görə də xahiş edirəm ki, bu istiqamətdə elmi şuralarda da açıq söhbət aparıb qərar qəbul etmək lazımdır. Qəbul edirəm ki, magistr təhsili üçün otaq da, ştat da lazımdır. Əgər lazımi şərait yaradılmırsa, deməli akademiyada magistratura pilləsi bağlanmalıdır. Amma biz bu təhsil pilləsini yaratmışıq ki, onu inkişaf etdirək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.