Ölkə

Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən 7200 ədəd siqaret aşkarlandı - FOTO

9 Oktyabr 2019 14:20
0 Şərh     Baxış: 563
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə 7200 ədəd siqaretlərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "Mercedes-Benz 280" və "Opel Vectra" markalı avtomobillər saxlanılıb və gömrük baxışı keçirilib. Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 4200 ədəd "King" və 3000 ədəd "Marlboro" markalı siqaretlər aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.