Ölkə

Saxta alkoqollu içkilər istehsal edən müəssisə bağlandı - FOTO

19 Avqust 2019 17:31
0 Şərh     Baxış: 2 329
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Gəncə Regional Bölməsi ilə Vergilər Nazirliyinin 12 saylı Gəncə Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları Gəncə şəhəri, DOS 6, ev 49/3 ünvanında qanunsuz şəraitdə fəaliyyət göstərən alkoqollu içki istehsalı sexində birgə monitorinq həyata keçirib.

Milli.Az-ın xəbərinə görə, müəyyən edilib ki, fiziki şəxs Hüseynov Emin Zahid oğluna məxsus müəssisədə kustar üsullarla, ev şəraitində, yerli və xarici ölkələrə məxsus əmtəə nişanları adı altında saxta alkoqollu içkilər istehsal edilir.

Qanunsuz fəaliyyət göstərən sexdə ümumilikdə 189 ədəd satış məqsədi ilə qablaşdırılmış saxta içki aşkarlanıb. Bundan başqa, spirtli içki doldurulmasına hazır vəziyyətə gətirilən 1000-ə yaxın şüşə butulka və 400 litr həcmdə etil spirti müəyyən edilib.

Baxış zamanı hazır məhsullardan nümunələr götürülərək, müayinə üçün Azərbaycan Qida Təhlükəsiliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Müəssisənin fəaliyyətinə məhdudiyyət qoyulub. Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.