Ölkə

Bakıda küçə sənətçisi olmaq istəyənlər üçün seçim başlayır

26 İyul 2019 14:29
0 Şərh     Baxış: 1 727
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda küçə sənətçisi kimi fəaliyyət göstərmək istəyənlər bu gündən Bakı Turizm İnformasiya Mərkəzinə müraciət edə bilərlər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov "Küçə sənətçiləri" adlı layihənin təqdimatında çıxış edərkən deyib.

Onun sözlərinə görə, ayda bir dəfə Mərkəz tərəfindən müraciət edilən bacarıqlı şəxslərin kastinqi keçiriləcək. Kastinqdən keçən istedadlı şəxslər 3 ay ərzində seçilmiş ərazilərdə bacarıqlarını nümayiş etdirə biləcəklər:

"Sənətçilər 3 ay başa çatdıqdan sonra müddətin uzadılması üçün yenidən Mərkəzə müraciət edə bilərlər. Seçimdən keçənlər fəaliyyət göstərmək üçün heç bir rüsum ödəməyəcək və qazandıqları bütün vəsaitlər özlərinə qalacaq".

R.Bağırov əlavə edib ki, dövlət qurumlarının dəstək olduğu layihə çərçivəsində seçim mərhələsini uğurla adlayan sənətçilərə Bakı Turizm İnformasiya Mərkəzi tərəfindən Bakının Nizami küçəsində, İçərişəhərdə və Dənizkənarı Bulvar ərazisində çıxış etmələri üçün rəylər veriləcək.

Layihə çərçivəsində aktyorlar, musiqiçilər, rəssamlar, rəqqaslar və digər yaradıcı şəxslərə öz istedadlarını nümayiş etdirməyə lazımi şərait yaradılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.