Hamı Aprel döyüşlərindəki mayorun atasından danışır - "Ay oğul, sən necə hərbçisən axı?.." - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Üç il əvvəl baş tutan Aprel döyüşlərində qəhrəmanlıq göstərərək düşmənin 12 hərbi texnikasını və xeyli canlı qüvvəsini məhv edən, tank əleyhinə divizion komandiri, mayor Mirdamət Bağıyevin atasının dediyi sözlər bir neçə gündür ki, sosial şəbəkədə müsbət mənada müzakirə olunur.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, belə ki, döyüşlərin qızğın vaxtında M. Bağıyevin 77 yaşlı atası ona zəng vurub vəziyyət ilə maraqlanır. Oğul isə atasının narahat olmaması üçün hər şeyin qaydasında olduğunu deyir. Amma narahatlığı keçməyən ata ikinci dəfə Mirdamət Bağıyevə zəng edib.
"Bir müddətdən sonra atam yenə təlaş içərisində zəng etdi. Yenə də dedim ki, qorxma mən arxadayam, heç nə olmayıb, sağ-salamatam. Atamın cavabı gözlərimi yaşartdı: "Ay oğul, sən necə hərbçisən axı?.. Orada döyüşlər gedir, sən arxada gizlənib tamaşa edirsən?" Özümü güclə saxladım. Deyə bilmədim ki, ata, mən yaralı-yaralı döyüş mövqeyini tərk etmədim və qanım o torpağa tökülə-tökülə aldığım tapşırığı sonadək yerinə yetirdim. Axı illərlə bu günü gözləyirdik. Bunu mənə necə yaraşdırırsan?!", - vurğulayıb.
Qeyd edək ki, 33 yaşlı mayor M. Bağıyev Aprel döyüşlərində düşmənin 7 tankını, 1 PDM-ni şəxsi heyətlə dolu 3 hərbi maşını məhv edib. Bu zaman o qolundan yaralansa da, yaralı olduğunu 5 gün əsgərlərindən gizlədə bilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ramiz Mehdiyevin işində onlar da dindirilib
-
"Arda Güler yeni Messidir, bütün planet görür" - (Video)
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
Əli Əsədov qərar imzaladı
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
Putin bu gün rusiyalılara müraciət edəcək
-
Meyxanaçılar arasında dava: Balaəli meyxanaçıya butulka atdı - (Video)
-
Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı
-
“Kurtlar Vadisi Pusu” FETÖ araşdırmasına cəlb edildi
-
Tiktoker Əhdi və dostu sərbəst buraxıldı
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “Qobustan” GES-in açılışında iştirakına dair paylaşım edilib - (Video)
-
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis hərəkətə keçdi
-
Xalq artisti: "Burun əməliyyatı zamanı masada ölmüşəm" - (Video)
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
-
"Kurtlar Vadisi” ilə bağlı araşdırma başlandı
-
Demet Özdemir görünüşünü dəyişdirdi - (Foto)
-
Azərbaycan fərqli yol seçib - Kamaləddin Qafarov
-
Ter Şteqen barədə qərar verildi
-
Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
-
Azərbaycanda abort sayı doğuş sayına çatdı
-
Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
-
Bakıda Formula 1 yarışı bu tarixdə keçiriləcək - Rəsmi
-
Azərbaycanda minlərlə abonentə təsir edəcək dəyişiklik - internet tarifləri artırılır
-
Trampın 7 milyard dollarlıq sərvətinin sirri - Pulları haradan gəlir?





