Fərhad Abdullayev: "Konstitusiya Məhkəməsi konstitusiya ədalət mühakiməsinin qabaqcıl inkişaf tendensiyalarının öyrənilməsinə hər zaman önəm verir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Konstitusiya Məhkəməsi konstitusiya ədalət mühakiməsinin qabaqcıl inkişaf tendensiyalarının öyrənilməsinə hər zaman önəm verir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib.
Konstitusiya Məhkəməsinin sədri qeyd edib: "Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilən qərarlardan bəhs edərkən qeyd edilməlidir ki, bu qərarlarda Konstitusiyanın aliliyi və birbaşa hüquqi qüvvəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəaları, habelə insan hüquqlarının və azadlıqlarının prioriteti prinsipi nəzərə alınmaqla mühüm hüquqi mövqelər formalaşdırılır. Sözsüz ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, o cümlədən hüquqi mövqelərinə də şamil edilir. Digər mühüm bir məqam isə ondan ibarətdir ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin hüquqi qüvvəsi ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil edən hala deyil, hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilir. Bu mənada həmin qərarlar yalnız məhkəmələr deyil, həmçinin bütün hüquq tətbiqedici orqanlar üçün əhəmiyyətli mənbə qismində çıxış edir.
Həmçinin qeyd edilməsi vacibdir ki, Konstitusiya Məhkəməsinin təcrübəsinin tətbiqi prosesində hər hansı bir hüquqi mövqeyə istinad edilməsi zamanı onun düzgün və müvafiq şəkildə istifadə edilməsi, ümumi kontekstdən, mahiyyətindən və mənasından kənar işlədilməməsi xüsusi əhəmiyyət kəsb edir.
İstənilən konstitusiya nəzarəti orqanı kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi konstitusiya ədalət mühakiməsinin qabaqcıl inkişaf tendensiyalarının öyrənilməsinə hər zaman önəm verir.
Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin Plenumu hər zaman beynəlxalq təcrübəyə xüsusi diqqət yetirməklə, qəbul edilən qərarlarında beynəlxalq hüquqi aktların, o cümlədən "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının müddəalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna, həmçinin Respublikamızın tərəfdar çıxdığı beynəlxalq sazişlərə, xarici ölkələrin konstitusiya nəzarəti orqanlarının mütərəqqi məhkəmə təcrübəsinə istinadlar edir.
Digər tərəfdən, Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı ilk illərdən beynəlxalq əlaqələrinin genişləndirilməsinə xüsusi önəm vermiş, xarici ölkələrin konstitusiya nəzarəti orqanları ilə, bir sıra mötəbər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq münasibətləri qurmağa nail ola bilmişdir. Bu gün Məhkəmə Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransının, Avropa Konstitusiya Məhkəmələri Konfransının, Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyasının, habelə Avrasiya Konstitusiya Nəzarəti Orqanları Assosiasiyasının tamhüquqlu üzvüdür.
Fəaliyyət göstərdiyi bu illər ərzində Konstitusiya Məhkəməsi Əsas Qanunun fundamental prinsiplərinin təmin edilməsi, insan hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyəti ilə ali dövlət orqanları sırasında özünəməxsus yerini tutmağa nail olmuşdur. Əlbəttə ki, Məhkəmənin bu fəaliyyəti xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün də Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən hüquqi dövlət quruculuğu sayəsində mümkün olmuşdur".
Qeyd edək ki, bu il Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 21 il keçir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Kurtlar Vadisi” ilə bağlı araşdırma başlandı
-
Demet Özdemir görünüşünü dəyişdirdi - (Foto)
-
Azərbaycan fərqli yol seçib - Kamaləddin Qafarov
-
Azərbaycanda abort sayı doğuş sayına çatdı
-
Bakıda Formula 1 yarışı bu tarixdə keçiriləcək - Rəsmi
-
Azərbaycanda minlərlə abonentə təsir edəcək dəyişiklik - internet tarifləri artırılır
XƏBƏR LENTİ
-
"Kurtlar Vadisi” ilə bağlı araşdırma başlandı
-
Demet Özdemir görünüşünü dəyişdirdi - (Foto)
-
Azərbaycan fərqli yol seçib - Kamaləddin Qafarov
-
Ter Şteqen barədə qərar verildi
-
Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
-
Azərbaycanda abort sayı doğuş sayına çatdı
-
Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
-
Bakıda Formula 1 yarışı bu tarixdə keçiriləcək - Rəsmi
-
Azərbaycanda minlərlə abonentə təsir edəcək dəyişiklik - internet tarifləri artırılır
-
Trampın 7 milyard dollarlıq sərvətinin sirri - Pulları haradan gəlir?
-
Paşinyan mükafat almaq üçün Almaniyaya gedir
-
Sentyabrın 17-də hava belə olacaq - Proqnoz
-
Veteranlara şad xəbər - 400 manat...
-
Hakimlər Komitəsinin sədrindən etiraf: Penalti səhv imiş
-
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - (Foto)
-
Türkiyədə dönər və qiymə ilə bağlı yeni qaydalar qüvvəyə mindi
-
General-mayor Anton Qrunis öldü
-
Mbappe PSJ-yə pul ödəməli olacaq
-
Qara Qarayev tıxacda qalan uşaqla selfi çəkdi - (Video)
-
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb
-
Mertsin ABŞ səfəri ləğv edildi
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Tıxaca görə dərsə gecikən tələbələrə güzəşt olacaq?





