Ölkə

Bakıda gənc qız 1000 manat borca görə özünü binadan atdı - TƏFƏRRÜAT - YENİLƏNİB - FOTO

24 Aprel 2019 12:49
9 Şərh     Baxış: 10 097

12:49

Hüquq-mühafizə orqanları Azərbaycanda gənclər arasında intiharların sayının artmasından narahatdırlar. Növbəti belə bir hadisə aprelin 23-də Yasamal rayonu ərazisində baş verib.

Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a Yasamal Rayon Prokurorluğundan məlumat verilib.

23 yaşlı Firuzə Dadaşova Yeni Yasamal qəsəbəsində Əsəd Əhmədov küçəsində yerləşən yaşayış binasının yeddinci mərtəbəsindən özünü ataraq intihar edib.

İlkin araşdırma zamanı məlum olub ki, F.Dadaşova borca görə özünü öldürüb. 

Firuzə metronun "Gənclik" stansiyasının yaxınlığında gözəllik salonunda işləyib. Onun obyektin sahibinə min manatdan çox borcu olub. Gözləməkdən yorulan gözəllik salonunun sahibi Firuzədən pulunu tələb edib.

Məlumdur ki, hadisədən əvvəl qızla obyekt sahibi arasında telefon söhbəti olub. Dadaşova bildirib ki, ondan əl çəkməsələr, özünü öldürəcək.

Gözəllik salonunun sahibi ondan bunu etməməyi xahiş edib. 

Qeyd edilir ki, obyekt sahibi tərəfindən F.Dadaşovaya qarşı heç bir təzyiq və təhdid olmayıb.

Hazırda iş üzrə araşdırmalar davam etdirilir.

---------
12:14

Ötən axşan paytaxtın Yasamal rayonunda intihar hadisəsi baş verib. Hadisə Yeni Yasamal yaşayış massivində, Əsəd Əhmədov küçəsində qeydə alınıb.

23 yaşlı Dadaşova Firuzə Rasim qızı özünü binanın 7-ci mərtəbəsindən ataraq intihar edib. O, hadisə yerindəcə dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, gənc qızın intiharı ilə bağlı ilginc detallar ortaya çıxıb.

Mərhumun anası iddia edir ki, Firuzənin işlədiyi salondan oğurlub olub. Obyekti işlədən şəxs oğurluqda Firuzəni təqsirli sayıb və ona yoxa çıxan məbləğin geri qaytarılması üçün vaxt qoyub.

İstintaq davam edir.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

9 Şərh:

  • Anonim
    Qaqa · 24 Aprel 12:17335

    yaxsi edib atib ozunu.

    Cavab yaz
  • Anonim
    ! · 24 Aprel 12:25150

    Allah özü kömək olsun. Bu gəncləri də bu vəziyyətə salan kimlərdi , nələrdi cəzalarını Allah versin

    Cavab yaz
  • Anonim
    Bakinec · 24 Aprel 13:0893

    He ozunu atdi guya ne olduki ? Xowbext oldu ? Camaatin yuz minlerle borcu var hec ozunu öldürmür. Bu xanim özünü min manata görə öldürdü ? Nə isə hec inandirici gəlmədi. Bu iwin içində bir iw var amma ne iw onu deye bilmerem. Arawdirmaq lazimdi. Birce onu deye bileremki min manat sohbeti deyil.

    Cavab yaz
  • Anonim
    Dilarə · 24 Aprel 13:13120

    Yazıq qız.pulsuzlugun üzü qara olsun.gərək belə etməyəydi.bir azca qənaətlə yaşasaydı borcunu bir təhər ödəyərdi.allah rəhmət etsin.allah yaxınlarına səbr versin.amma görürsüz materiala dair şəkiklēr verilib.hadisə yerindən yəqinki polis çəkib!!!Bax belə şəkillər Elinanın da özünü atdıgı yerdən çəkilməliydi.nəinki "sən rayonumuzun yeni icra başçısını tanıyıyırsan?O,çox yaxşı adamdır"kimi lüzumsuz və dəhşətli sual verib uşaga vidioya çəkmək ona gizlicə dərban içizdirmēk sonra da sən hansı dərmanı içmisən soruşub uşagı øz istədiyi yönə yönəltmək Xalidə Bayramoca kimi.Sevic Abbasova da deyir "ølər aag qalmaz inşəallah" asfaltdan qanı yusuzdurmaq. Elinanın vəkilləri qızcıgazın asfaltdan silinmiş ruhunu sevindirin

    Cavab yaz
    • Anonim
      Leyla · 24 Aprel 13:3862

      Mən həmişə deyirəm intihar edən qız oğlan ferqi yoxdu hamısı pulsuzluxdandi

      Cavab yaz
  • Anonim
    aea · 24 Aprel 13:5212

    Heç inandırıcı deyil ki, 1000 manata görə özünü atsın.. Borc alıb verə bilərdi, kredit götürüb verə bilərdi... Başqa bəhanə tapsınlar

    Cavab yaz
  • Anonim
    $$$. · 24 Aprel 14:2711

    Allah gunahlarını baqışlasın ! Allah rəhmət etsin !

    Cavab yaz
  • Anonim
    . · 24 Aprel 14:3301

    Obyekt sahibinin gunahi yoxdu ?

    Cavab yaz
  • Anonim
    . · 24 Aprel 14:3422

    Gunah 100 % obyekt sahibindedi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.