Bakıda gənc qız 1000 manat borca görə özünü binadan atdı - TƏFƏRRÜAT - YENİLƏNİB - FOTO

24 Aprel 2019 12:49

12:49

Hüquq-mühafizə orqanları Azərbaycanda gənclər arasında intiharların sayının artmasından narahatdırlar. Növbəti belə bir hadisə aprelin 23-də Yasamal rayonu ərazisində baş verib.

Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a Yasamal Rayon Prokurorluğundan məlumat verilib.

23 yaşlı Firuzə Dadaşova Yeni Yasamal qəsəbəsində Əsəd Əhmədov küçəsində yerləşən yaşayış binasının yeddinci mərtəbəsindən özünü ataraq intihar edib.

İlkin araşdırma zamanı məlum olub ki, F.Dadaşova borca görə özünü öldürüb. 

Firuzə metronun "Gənclik" stansiyasının yaxınlığında gözəllik salonunda işləyib. Onun obyektin sahibinə min manatdan çox borcu olub. Gözləməkdən yorulan gözəllik salonunun sahibi Firuzədən pulunu tələb edib.

Məlumdur ki, hadisədən əvvəl qızla obyekt sahibi arasında telefon söhbəti olub. Dadaşova bildirib ki, ondan əl çəkməsələr, özünü öldürəcək.

Gözəllik salonunun sahibi ondan bunu etməməyi xahiş edib. 

Qeyd edilir ki, obyekt sahibi tərəfindən F.Dadaşovaya qarşı heç bir təzyiq və təhdid olmayıb.

Hazırda iş üzrə araşdırmalar davam etdirilir.

---------
12:14

Ötən axşan paytaxtın Yasamal rayonunda intihar hadisəsi baş verib. Hadisə Yeni Yasamal yaşayış massivində, Əsəd Əhmədov küçəsində qeydə alınıb.

23 yaşlı Dadaşova Firuzə Rasim qızı özünü binanın 7-ci mərtəbəsindən ataraq intihar edib. O, hadisə yerindəcə dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, gənc qızın intiharı ilə bağlı ilginc detallar ortaya çıxıb.

Mərhumun anası iddia edir ki, Firuzənin işlədiyi salondan oğurlub olub. Obyekti işlədən şəxs oğurluqda Firuzəni təqsirli sayıb və ona yoxa çıxan məbləğin geri qaytarılması üçün vaxt qoyub.

İstintaq davam edir.

Məhəmməd Vaqif
Milli.Az