Ölkə

Həbsdən buraxılan Vidadi Zeynalovun səhhətində problem yaranıb - Qardaşından açıqlama

16 Mart 2019 12:31
0 Şərh     Baxış: 1 844
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (hazırda Nəqliyyat, Rabitə və Yyüksək Texnologiyalar Nazirliyi adlandırılır - red.) keçmiş aparat rəhbəri Vidadi Zeynalovun azadlığa çıxması ilə bağlı məlumat vermişdik.

Milli.Az xəbər verir ki, bizimyol.info azadlığa çıxan Vidadi Zeynalovla əlaqə saxlayıb.

Telefonuna qardaşı Vahid Zeynalov cavab verib. O, hazırda qardaşının azadlıqda olduğunu, buna çox sevindiklərini, hazırda bütün qohum- əqrabalarının onlarda olduğunu, Vidadi Zeynalovla görüşdüklərini bildirib.

"Vidadi hazırda bizdə olan bütün qohum-əqrabalarla görüşür. Allah bütün həbsdə olanların qapısını açsın. Sabunçu Rayon Məhkəməsinin qərarı ilə şərti olaraq azadlığa buraxılıb. Cəza müddətinin bitməsinə 7 ay qalmışdı".

Vidadi Zeynalovun cəzadan tamamilə azad olunması üçün məhkəməyə müraciət olunub-olunmayacağı haqda suala Vahid Zeynalov belə cavab verdi: "Bundan sonra da məhkəməyə müraciət etmək fikrimiz yoxdur".

"Vidadi Zeynalovun səhhətində problemlərin olduğu bildirilmişdi, hazırda onun səhhəti necədir?" sualımızı o, belə cavablandırdı:

"Səhhəti belədir ki, Vidadi müəllim tutulmamışdan qabaq dizindən və onurğasından əməliyyat olunmuşdu. O problemlər bir az da dərinləşib. Səhhəti yaxşı deyil. İnşallah həkim müayinələrindən keçirəcəyik"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.