Qeydiyyatsız yaşayanların NƏZƏRİNƏ - Cərimə oluna bilərsiniz - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rayonlardan bakıya gələn insanların əksəriyyəti xüsusən paytaxtın kənd və qəsəbələrində özünə ev-eşik tikir. Amma qeydiyyata düşmürlər, uzun illər qeydiyyatsız yaşayırlar. Bu isə həmin insanları müəyyən çətinliklərlə üz-üzə qoyur.
Milli.Az xəbər verir ki, ARB TV-nin "Günə Doğru" verlişində məsələ ilə bağlı maraqlı süjet yayımlanıb.
Sakin: "Qeydiyyatı rayondadır, kəndədir. Gəlib özü Bakıda yaşayır. Ev-eşik tikir".
Ramil Osmanlı - Ekspert: "Vətəndaşların ərazi üzrə qeydiyyata düşməmələri həm də digər problemlərin yaranmasına gətirib çıxarır. Vətəndaşın müəyyən sosial hüquqlardan məhrumolma, eyni zamanda inzibati hüquqlardan məhrum olma kimi məsələlər var. Bəzi hallarda bu vətəndaşın müəyyən proseslərdən iştirakına mənfi təsir göstərir. Seçki prosesində, digər proseslərdə".
Bu məsələlər "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanunla tənzimlənir. Qanunda göstərilir ki, vətəndaş 6 ay müddətində yaşayış yerini dəyişirsə, qeydiyyata düşməlidir.
Samir Qasımov - Vəkil: "Daimi yaşayış yerini dəyişirsə, tutaq ki, hansısa rayonda qeydiyyatdadır, gəlir Bakıya işləməyə və uzun müddət burda qalacaq. Həmin yaşayış yeri üzrə qeydiyyata alınmalıdır. Kirayə qalırsa, kirayə müqaviləsini təqdim etməklə və yaxud ev kimin adınadırsa, mülkiyyətçinin yazılı razılıgını təqdim etməklə yeni ünvana, yaşadıgı yerə qeydiyyata düşməlidir".
Ramil Osmanlı - Ekspert: "İcarə müqaviləsində müvəqqəti qeydiyyata düşməklə bağlı bənd öz əksini tapa bilər ki, icarəyə verən öz mənzilini həmin müqavilə müddətində vətəndaşın o mənzilə müvəqqəti şəkildə qeydiyyata alınmasına etiraz etmir. Amma rəsmi müqavilələr olmadıgına görə, əksər hallarda, kirayə götürən də belə bir tələb irəli sürə bilmir".
Mənzilin qeydiyyatı olmadıqda da, həmin mənzilə kiminsə qeydiyyat düşməsində problem olur.
Ramil Osmanlı - Ekspert: "Həmin fərdi yaşayış evlərinin mülkiyyət sənədlərinin olması qanunu şəkildə qeydiyyata düşmək üçün problem yaradır".
Samir Qasımov - Vəkil: "Qeydiyyatda deyil, tutaq ki, onun barəsində hər hansı cinayət işi varsa, əgər onun daimi qeydiyyatı yoxdursa, onda bu adam barəsində həbs qətiimkan tədbiri seçilə bilər, bu adamı lazım olanda, istintaq orqanı tapa bilsin".
Qanuna görə yaşayış yerini uzunmüddətli dəyişib, amma həmin yerdə qeydiyyata düşməyənlər cərimə oluna bilərlər. İnzibati xətalar məcəlləsinin 563-cü maddəsində buna görə 30 manat cərimə nəzərdə tutulub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“İldə 45 günümüz bilmədən ömrümüzdən gedir” - Əbdül Xalid
-
Süni intellekt tarixin ən qanlı insanlarını açıqladı: Hitler ilk üçlükdə yoxdur
-
Dünyanın ən çirkli ölkələri: Azərbaycan neçənci yerdədir?
-
Xəzər dənizində naməlum varlıq göründü - (Video)
-
Bakıya nə zaman qar yağacaq? - açıqlama
-
"Kurtlar Vadisi" geri dönür
-
İşə gedərkən itlərin hücumuna məruz qaldılar - (Video)
-
Günün qoroskopu: İntuitiv duyğularınızın çox güclü olduğu bir gündür
-
Gəncədə qəza olub, xəsarət alanlar var
-
Elçin Zehra İrem həmkarı ilə eşq yaşadığını elan etdi - (Foto)
-
Qubada ağır qəzada ölən gəncin fotosu - Yenilənib
-
Biotin qəbul edənlərə çağırış - (Video)
-
“Elə bil, pomidor-xiyarı Marsda yetişdirib gətirirlər” - Aytən Səfərova
-
Bazarda "yaş" adı ilə suya salınmış qoz satılır - (Video)
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto/Video)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)





