Heydər Əliyev Beynəlxalq Aeroportunda YENİLİK - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Madrid şəhərində World ATM Congress 2019 tədbiri çərçivəsində "Azəraeronaviqasiya" HHİ (AZANS) direktoru Fərxan Quliyev və aviasiyada kommunikasiya və informasiya texnologiyaları sahəsində aparıcı təşkilat olan SİTA-nın vitse-prezidenti Stefan Eqli arasında görüş keçirilib.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, görüşün yekunlarına görə "Azərbaycan Respublikasının aeronaviqasiya sistemində rəqəmsal texnologiyalarin tətbiqi üzrə texniki qərar" ("Technical Solution for Implementation of Digital Technologies in Azerbaijan ANS System") adlı sənəd imzalanıb.
ATC Data Link "hava-yer" məlumat ötürmə sistemi sayəsində AZANS bölgədə pilot və dispetçer arasında rabitə yaradılması və Azərbaycan Respublikasının hava məkanından isifadə edən aviaşirkətlər üçün meteoroloji məlumatların ötürülməsinin, aeronaviqasiya məlumatının generasiyasının asanlaşdırılması sahəsində ATIS, D-VOLMET, DCL və CPDLC kimi müasir rəqəmsal texnologiyaları istifadə etməyə başlayan ilk Hava Hərəkəti İdarəsi olmağı planlaşdırır.
Bundan başqa, Madrid şəhərində World ATM Congress 2019 çərçivəsində "Azəraeronaviqasiya" HHİ (AZANS) "EHANG" və "Abraham Technologies" LTD şirkətləri ilə birgə Yeni nəsil pilotsuz aparatların uçuşlarının idarə olunması və nəzarət sisteminin unikal layihəsini təqdim edib.
Pilotsuz uçan aparatların uçuşlarının idarə olunması və nəzarət mərkəzi Heydər Əliyev Beynəlxalq Aeroportunda yaradılacaq. Sistem mövcud avtomatlaşdırılmış hava hərəkətinin idarə olunması sisteminə tam inteqrasiya olunacaq.
"Azərbaycan Hava Yolları"nın tərkibinə daxil olan AZANS HHİ Azərbaycan Respublikasının hava məkanında uçuşların təhlükəsizliyinin təmin edilməsini həyata keçirir. AZANS hər gün 500-dən çox hava gəmisinə xidmət göstərir, onlardan 300 hava gəmisi Azərbaycan ərazisindən keçən tranzit reyslər yerinə yetirir.
SITA aviasiya rabitəsi sahəsində geniş xidmətlər spektrini, habelə hava hərəkətinin idarə olunması üzrə həlli yollarını təqdim edir. Aviaşirkətlər və hava gəmiləri istehsalçıları ilə əməkdaşlıq edərək SITA aviadaşımalar sənayesində innovasiyaların tətbiq edilməsi məqsədilə əlavələr və xidmətlər tərtib edir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Borcları ödənilməyən binalara istilik verilməyəcək - (Video)
-
“Sevgi naminə arzusundan keçən qadının psixoloji problemi var” - Ayan Babakişiyeva
-
Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma
-
Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü
-
Pərvin Abıyeva: “4 ildir bu xəstəliyə görə kökəlmirəm“
-
Bakıda 17 yaşlı tələbə qəfil vəfat etdi
XƏBƏR LENTİ
-
Borcları ödənilməyən binalara istilik verilməyəcək - (Video)
-
“Sevgi naminə arzusundan keçən qadının psixoloji problemi var” - Ayan Babakişiyeva
-
Üçtərəfli görüşün tarixi açıqlandı
-
Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma
-
Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü
-
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
-
Restoranda qaşığı masaya tərsinə qoymayın - Ofisiant səhv mesaj alır
-
Pərvin Abıyeva: “4 ildir bu xəstəliyə görə kökəlmirəm“
-
Bakıda 17 yaşlı tələbə qəfil vəfat etdi
-
Yol polisi gözlənilən hava ilə bağlı sürücülərə müraciət edib
-
36 yaşlı “Eşref Tek” xeyli çəki atdı - (Foto)
-
Yoldaşlıq görüşündə Ançelotti qırmızı vərəqə aldı
-
Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
-
Xuraman da plastik əməliyyat etdirdi
-
Tramp: İranla müharibənin başa çatıb, ABŞ qalib gəlib
-
“Real”ın ulduzu nə yemək bişirə, nə də maşın sürə bilir
-
Rusiyanın Xalq artisti səhnədən gedir
-
Əli Abbasova ağır itki
-
Ronaldo serial çəkir - (Foto)
-
Bu avtomobildən cəmi 499 ədəd istehsal olunacaq - (Foto)
-
“Sabah”ın basketbolçusu FIBA Çempionlar Liqasında ən yaxşı seçildi
-
Bakıda bu binaya 3,5 milyon manat xərclənəcək
-
Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər
-
“Kalaşnikov”la 3 dəqiqəyə lüks mağazanı soydular - 1 milyonluq brilyant oğurlandı - (Video)





