Ölkə

Şəmkirdə itkin düşmüş şəxsin meyiti dağda tapıldı

23 Fevral 2019 12:19
0 Şərh     Baxış: 972
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Şəmkirdə itkin düşmüş şəxsin meyiti tapılıb.

Mİlli.Az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, fevralın 22-də gecə saatlarında FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, 1961-ci il təvəllüdlü Hüseynov Firudin Əli oğlu Şəmkir rayonunun Aşağı Seyfəli kəndində dağlıq ərazidə naməlum şəraitdə itkin düşüb.

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri axtarışlara cəlb olunub. Axtarış işləri nəticəsində F.Hüseynovun meyiti tapılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.