Ölkə

Bakıda küçədə kişi meyiti aşkarlandı - FOTO

22 Fevral 2019 17:42
0 Şərh     Baxış: 1 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda 45-50 yaşlarında naməlum kişi meyiti aşkarlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, meyitin aşkarlandığı Səbail rayonu, Muxtarov küçəsi 5 ünvanında hüquq-mühafizə orqanları baxış keçirib və meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Ölümün səbəbinin və şəxsiyyətin müəyyən edilməsi üçün meyit Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 - Xidməti Zəng Mərkəzi"nə, həmçinin Səbail Rayon Polis İdarəsinə və 9-cu Polis Bölməsinə (012) 437-02-02 , (012) 492-02-02 şəhər və (055) 226-54-54 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.